Elm və təhsil naziri tədris materiallarının yenilənməsinin önəmindən danışıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanda mövcud tədris materiallarının tədqiqi, onların müasir elmi və pedaqoji tələblərə uyğun yenilənməsi, həmçinin milli kontekstdə yeni baxışların daxil edilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının 100 illiyinə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılmış, yerli kontekstə uyğun olan tədris və tədqiqat əsərlərinin hazırlanması, eləcə də mövcud problemlərin praktik həlli yollarını təklif edən elmi işlərin artırılması vacibdir: “Bu məsələlər üzrə müasir elmi yanaşmaları və milli dəyərləri birləşdirən kompleks yanaşmalar tətbiq edilsə, həm təhsil keyfiyyəti yüksələcək, həm də milli ehtiyaclara cavab verən yeni tədris modelləri formalaşacaq. Bunun üçün həm dövlət, həm də müstəqil elmi qurumlar arasında əməkdaşlıq gücləndirilməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]