Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir

Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir

Antimilli, xəyanətkar ssenaristə qarşı ciddi tədbirlər görülməli, o, bütün titullarından məhrum olunmalıdır

Bakı, 26 may, AZƏRTAC

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminin adını ilk dəfə eşidən zaman insanda belə bir təəssürat yaranır ki, müəllif yəqin filmdə azərbaycanlı, gürcü və erməninin obyektiv obrazını yaradıb. Əslində isə filmə baxdıqdan sonra Rüstəm İbrahimbəyovun əsl niyyətinin şahidi oluruq. Onun əsl niyyəti erməniləri sülhpərvər, qayğıkeş, xeyirxah bir millət kimi təqdim etmək, azərbaycanlıları isə qəddar, qaniçən, vandal bir millət kimi dünyanın gözündə tanıtmaqdan ibarətdir.‬

‪ Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.‬

Elman Nəsirov qeyd edib ki, filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru isə gürcü Eldar Şengelayadır. Bu filmdə ssenari müəllifi kimi erməni adı və soyadı görmürük. Burada ilkin təəssürat belə olur ki, yəqin Rüstəm İbrahimbəyov obyektivlik nümayiş etdirdiyindən, həm də məhz azərbaycanlı olduğundan və Ermənistanın işğalçı olduğunun fərqinə vardığından belə bir addım atıb. Filmlə tanış olduqdan sonra isə görürsən ki, bu, qətiyyən belə deyil. Sadəcə, Rüstəm İbrahimbəyovun filmin çəkilişinə bir erməni rejissoru dəvət etməyə o səbəbdən ehtiyacı olmayıb ki, bunu özü edəcəkmiş, yəni, özü erməni rolunun ifaçısı olacaqmış. Mən bu fikirləri təsadüfən demirəm. Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə müsahibə verərkən jurnalist ondan soruşub ki, siz bu filmi real faktlar əsasında çəkmisinizmi? O deyib ki, bəli, real həyatdan götürmüşəm. Daha bir sual verib ki, bu filmdə özünüzü görürsünüzmü, yəni, özünüzü tapa bilirsinizmi? Hansı personajda özünüzü görürsünüz? O da cavab verib ki, əsərin qəhrəmanlarından biri olan erməni uşağın erməni atasının dostu obrazında özümü tapmışam, həmin obrazda özümü görürəm. Fikir verirsinizsə, özü açıq ifadə edir ki, erməninin dostu obrazı onun üçün yaxındır. Yəni, bununla demək istəyir ki, o, ermənilərin dostudur. Bunu müsahibəsində açıq şəkildə etiraf edib. Filmə diqqətlə baxdıqda əvvəlcədən onun niyyəti məlum olur. O, azərbaycanlıların qəddar, qaniçən, vandal, barbar olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə bir obraz yaradıb. Bəs bunu necə həyata keçirir? Bunun üçün o, özünün “istedadı”nı işə salır.‬

Filmdə bir səhnə var. Quyuya erməni atılır və onu atanlar azərbaycanlı gənclərdir. Quyuda onun başına daş yağdırılır. Bu səhnəni təbii olaraq orta statistik avropalı, ingilis, fransız, alman, italyan və digər millətlərin nümayəndələri əlləri ilə gözlərini örtərək izləyəcəklər. Çünki bu çox dəhşətli bir səhnədir. Təbii ki, bunun ardınca onlarda sual yaranacaq: bu quyuya salınan kimdir? Rüstəm İbrahimbəyov filmdə onun cavabını verir. O deyir ki, bu, ermənidir, yəni o, yazıqdır, günahsızdır, məsumdur. Bəs onun üzərinə həmin daşları yağdıranlar kimdir? Bu sualın da cavabını o, filmdə verir, deyir ki, onlar vəhşi azərbaycanlılardır. Deməli, bilərəkdən məqsədyönlü şəkildə təmsil etdiyi milləti beynəlxalq aləmdə necə də aşağılayır və necə də qəddarcasına təqdim edir. Eyni zamanda, filmdə başqa obrazların da antimilli mövqedə olduğuna şahidlik edirik. Rüstəm İbrahimbəyov müsahibəsinin birində qeyd edib ki, buradakı müəyyən konfliktləri məişət hadisəsi fonunda təqdim edib. Yəni, filmdə siyasi motiv axtarmaq düzgün deyil. Onda Rüstəm İbrahimbəyova sual verilir: doğrudanmı sənin burada başqa niyyətin yoxdur? Öz ağalarının, yəni, erməni ağalarının diktəsi ilə bu addımı atmamısansa olmazdımı ki, sən başqa cür edəsən, yəni, filmdə səhnəni azərbaycanlı gürcünü yox, erməni gürcünü bıçaqlayıb kimi verəsən? Onun filmdəki niyyətinə fikir verək. Müəllif istəyib ki, ilk növbədə, milyonlarla dünya tamaşaçısı bu filmə baxarkən azərbaycanlıların qəddar obrazını görsün, erməniləri isə yazıq kimi görsün. Eyni zamanda, gələcək münaqişə ocağının yaranmasına şərait yaradan bir addım atılsın, yəni, gürcülər görsünlər ki, onları bıçaqlayan erməni deyil, onları bıçaqlayan azərbaycanlıdır. Diqqətlə yanaşsaq görərik ki, azərbaycanlı-gürcü dostluğuna xələl gətirmək üçün filmdə məqsədyönlü şəkildə müəyyən incə detaldan istifadə edilir. Bütün bunlar, təbii ki, Azərbaycan ictimaiyyətində Rüstəm İbrahimbəyova qarşı çox böyük bir nifrət hissi oyadıb və onun motivlərini başa düşmək mümkündür. ‬

‪ Elman Nəsirov deyib ki, xarici təcavüz olanda cəmiyyət, xalq birləşir. Bu, aydın məsələdir. Amma ən qəlizi odur ki, öz içindən sənə təcavüz edən ortaya çıxsın. Rüstəm İbrahimbəyov öz içimizdən, öz xalqına qarşı təcavüz həyata keçirir və bunu milyonlara göstərə biləcək film vasitəsilə edir. Yəni, indiki halda Rüstəm İbrahimbəyov Azərbaycan xalqına qarşı, ona çörək, su verən, onu böyüdüb bəsləyən, bu zirvələrə qaldıran xalqına qənim kəsilir və mənəvi terrorizm siyasətini həyata keçirir. O, bununla ideoloji terrorizm siyasətini həyata keçirir. Filmdə bütün bunların şahidi oluruq. Filmin ilk epizodundan onun antimilli olduğu üzə çıxır. İlk epizodunda göstərilir ki, erməni uşaq qayanın üzərindən suya tullanmağa hazırlaşan azərbaycanlı uşağa deyir ki, sən nə qorxaqsan, sən nədən qorxursan? Sən niyə belə qorxaqsan? Olmazdımı ki, sənin millətinin təmsilçisi olan azərbaycanlı uşaq erməniyə deyəydi ki, sən nə qorxaqsan? Niyə gürcüyə deyilmir, niyə erməniyə deyilmir, azərbaycanlı uşağa filmin ilk səhnəsindən belə bir fikir söylədilir? Bununla da o, həmin səhnəni azərbaycanlı uşağın timsalında Azərbaycan xalqının qorxaqlığı kimi təqdim edir. Bütün bunlar xalqımızın çox böyük qəzəbinə səbəb olub. Bu gün Rüstəm İbrahimbəyov çox böyük ictimai qınaq obyektinə tuş gəlib və bu da anlaşılandır. 2013-cü ildə antimilli adam, sapı özümüzdən olan bu balta bugünkü Azərbaycan dövlətinə rəhbərlik etmək istəyirdi. İstəyirdi ki, Azərbaycan xalqının etimadını qazansın. Bizim xalqımız nə qədər ağıllıdır, nə qədər dərrakəlidir, nə qədər müdrikdir ki, bu insanların xislətini düzgün qiymətləndirdi və onun Azərbaycana gəlməsinə imkan vermədi. Çünki elə insanların Azərbaycanda yeri yoxdur, o, heç bir halda prezident ola bilməz. Xalqımız müdriklik göstərərək o zaman Azərbaycan Prezidenti İlham Əliyevə səs verdi. Eyni zamanda, builki prezident seçkilərində də İlham Əliyevə öz etimadını göstərdi. Ən dəhşətli və ən çətin gələn o oldu ki, bu filmi azərbaycanlı çəkib. Əgər bir erməni Azərbaycan əleyhinə, dövlətimiz və xalqımız əleyhinə belə bir film çəksəydi, bu, bizə anlaşılan olardı. Yəni, biz anlayardıq ki, bu, erməni xislətidir, bu, düşməndir və bu, ideoloji müharibədir, buna görə də bizim əleyhimizə belə bir film çəkib. Ancaq özünü dünya şöhrətli bir rejissor, yazıçı sayan, Azərbaycan dövlətinin çoxsaylı mükafatlarına layiq görülən, bu dövlətin çox böyük qayğısı ilə böyüyüb boya-başa çatan, onun üçün bütün imkanlar yaradılan bir ölkəyə qarşı göstərdiyi qarşılığa baxın. Belə bir insan bu gün öz dövləti, öz xalqı əleyhinə işləyir, milyonlarla tamaşaçıya Azərbaycan xalqını pis bir qiyafədə təqdim edir, erməniləri isə alicənab olaraq göstərir. Hesab edirəm ki, R.İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. O, bütün titullarından məhrum olunmalıdır. Xalqına nifrət edən xalqın fəxri adını daşıya bilməz. Seçicilərimizlə görüş zamanı onlar bizə suallar verirlər. Deyirlər ki, doğrudan da Rüstəm İbrahimbəyovun qanında azərbaycanlı qanı axıbsa, onda milli qeyrət, milli hissiyyat varsa, bəs onda niyə o, iddia etdiyi istedadını xalqımıza sərf etmir? Nə üçün Xocalı soyqırımı ilə bağlı milyonlara göstərilə biləcək və onları bu faciə ilə ağlada biləcək bir film çəkmir? O, niyə bir milyondan çox məcburi köçkünümüzü, qaçqınımızı bu cür şəraitə salan Ermənistanın işğalçılıq siyasəti, etnik təmizləmə, terrorizm siyasəti ilə bağlı bir film çəkmir? Axı niyə o, erməni dəyirmanına su tökür, məgər bunu dərk etmirmi? Belə filmlər müxtəlif beynəlxalq təşkilatların gələcəkdə Azərbaycana qarşı qərəzli hesabatlar hazırlaması üçün bir mənbəyə çevrilir. Azərbaycanla bağlı tamamilə daban-dabana zidd olan hesabatlar hazırlanır. Bunlar hansı mənbələr əsasında hazırlanır? Rüstəm İbrahimbəyov kimi milli dönüklərin çəkdikləri filmlər və onların qərəzli ideyaları əsasında Azərbaycana qarşı müxtəlif təzyiq üsulları işə salınır. Bəli, bu gün Azərbaycan cəmiyyəti onun fərqindədir ki, düşmənlərimiz fəallaşır və onlar bu gün öz içimizdə olan satqınlardan istifadə taktikasına daha geniş yer ayırmağa başlayıblar, həm də tanınmış azərbaycanlıları ələ alıb öz xalqına, millətinə, dövlətinə, Prezidentinə qarşı istifadə edirlər. Məsələyə bu məntiqlə yanaşdıqda bu, bizim üçün həm də bir dərs olmalıdır ki, bu gün cəmiyyətimizdə olan səfərbərlik daha da möhkəmlənməlidir. Bizim ən böyük tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitlik daha da bu gücləndirilməlidir, onu göz bəbəyi kimi qorumalıyıq. Azərbaycanın milli maraqlarını bütün maraqların fövqündə saxlayan və bütün təzyiqləri ona görə öz üzərinə götürən Prezidentimiz ətrafında daha böyük, daha ciddi birlik nümayiş etdirməliyik. Belə olan halda bu, antiazərbaycan qüvvələrin və onların əlində alətə çevrilmiş və bir çox hallarda, yumşaq desək, bir əlcək kimi istifadə etdikləri bu insanların arzuları öz gözlərində qalacaq. Biz buna əminik. Bir həqiqət də üzə çıxdı ki, Rüstəm İbrahimbəyov bütün istədiklərini, arzularını filmdə göstərmək istəyib. Filmdə bir epizod var. Orada bir alim sübut etməyə çalışır ki, Azərbaycan nefti tükənib, onun heç bir gələcəyi yoxdur. Guya bu mövqeyinə görə həmin azərbaycanlı alim hökumət tərəfindən çox ciddi təzyiqlərə məruz qalır. Bu gün mən də üzümü tutub Rüstəm İbrahimbəyova deyirəm ki, siz nə qədər də yalançı insansınız. Bu film 2015-ci ildə çəkilib. Siz hələ həmin vaxt arzulayırdınız ki, Azərbaycan nefti tükənsin, neft şirkətləri Azərbaycanı tərk edib getsin və Azərbaycan zəifləsin. Amma arzunuz gözünüzdə qaldı. 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft strategiyasının növbəti təntənəsinin şahidi olduq. 2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin davamı ilə bağlı növbəti beynəlxalq bir saziş imzalandı. Daha 50 il ərzində Azərbaycan neftinin istismarı həyata keçiriləcək. Yəni, hələ 50 il bundan sonra da Azərbaycanın daha da inkişafına, tərəqqisinə xidmət göstərəcək neftimiz var. Sizin kimi milli dönüklərin arzuları elə gözlərində qalacaq. ‬

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH