Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmar Məmmədyarov: Keçmişdə cəzasız qalan bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir

Elmar Məmmədyarov: Keçmişdə cəzasız qalan bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir. Belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

Nazir çıxışında aparılan müzakirələrin dağıntılar və kütləvi sayda məcburi məskunlaşma ilə üzləşmiş Yaxın Şərq ölkələrinin daha yaxşı gələcəyi naminə həll yollarının tapılması istiqamətində göstərilən qlobal səylərə töhfə verəcəyinə inamını ifadə edib.

Bildirib ki, 2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il idi. Belə ki, onun nəzarəti altında olan geniş ərazilər və çoxsaylı istehkamlar azad edildi. İndi isə yaraları sürətli və davamlı formada necə müalicə edəcəyimizə və bütün bunlardan təsirlənən insanların problemlərinin aradan qaldırılmasına baxmaq zamanıdır.

İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil. Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəfə almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir.

Nazir qeyd edib ki, bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti aidiyyəti ölkələrdə ən mürəkkəb və problemli məsələ olmaqda davam edir. Fürsətdən istifadə edərək, münaqişə bölgələrindən qaçanlar üçün təcili və müvəqqəti sığınacaq təmin etmək kimi ən ağır yükü öz üzərinə götürən Türkiyə, Livan və İordaniyanın səylərini yüksək qiymətləndirirəm. Dünyada məcburi köçkünlərin miqyasını nəzərə alaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayının 41 milyona çatdığı bir dövrdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir. Biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək vardır. “Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir. Belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətraf yeddi rayonunu işğal etməsi nəticəsində yaranıb. Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyondan çoxdur, bu da ümumi əhalinin ondabirindən artıqdır”, - deyə nazir vurğulayıb.

Qeyd edilib ki, məcburi köçkünlərin böyük miqyasına baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyiş əldə edib. Son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

E.Məmmədyarov deyib: “Biz unutmamalıyıq ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq, Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir.

Eyni zamanda, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirməyi təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu, tamamilə qəbuledilməz və yolverilməzdir”.

Xarici işlər naziri vurğulayıb ki, hətta öz ərazisində genişmiqyaslı və uzunmüddətli məcburi köçkün probleminin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq ictimaiyyətin təcili humanitar böhran vəziyyətlərini həll etmək və dünyanın müxtəlif yerlərində davamlı cəmiyyətlərin qurulması səylərini dəstəkləyir. Bu gün təxminən dünyanın 40 ölkəsində yaşayan insanlar, o cümlədən Yəmən, Fələstin və İordaniyadakı suriyalı qaçqınlar Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımından faydalanırlar.

Diqqətə çatdırılıb ki, müxtəlif dinlərin və məzhəblərin sülh və harmonik mövcudluğunun əsrlər boyu davam edən ənənələri ilə zəngin bir ölkə olaraq Azərbaycan BMT baş katibinin 72/488 saylı hesabatında qeyd edildiyi kimi Bakı Prosesi vasitəsilə həm regional, həm də dünya səviyyəsində güclü və əsl mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasına çox sərmayə qoyub. Aydındır ki, sözügedən ölkələrdə münaqişələr zamanı ölənlərin və bu ölkələri tərk edənlərin sayının çoxluğu ictimai qurumların gücləndirilməsində əsas maneə faktı olacaq. Çünki ixtisaslı kadrların olmaması problemi ortaya çıxacaq. Bu xüsusda, Azərbaycan universitetlərində oxumaq istəyən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan tələbələr üçün təhsil qrantlarına dair ötən ilin dekabrında verilmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanına diqqətinizi yönəltmək istərdim. Beləliklə, Yaxın Şərq ölkələrindən olan tələbələr bu fürsətdən faydalana bilərlər.

Təhlükə altında olan mədəni irsin qorunması, ədalətin təmin edilməsi və cəzasızlıq ilə mübarizə kimi Madrid sənədinin digər prioritet sahələrinə gəldikdə isə, vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edən dini nifrətin hər hansı bir müdafiəsini ciddi şəkildə qınadı və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Biz inanırıq ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün şiddətə, ekstremizmə və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərə bilər. “Biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanı mədəni və dini yerlərin dağıdılmasından çəkindirmək məqsədilə səmərəli tədbirlərin görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət etmişik. Bu vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib. Mən sizin diqqətinizi silahlı münaqişələr dövründə mədəni hüquqların və əmlakın qorunmasına dair BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycanın təşəbbüsü ilə 11 il bundan əvvəl, 2007-ci ildə, daha doğrusu, beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki son zülmlərdən silkələnməsindən öncə qəbul etdiyi qətnaməsinə yönəltmək istərdim. Unudulmamalıdır ki, keçmişdə cəzasız qalmış bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir”,- deyə Elmar Məmmədyarov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir