ELMİ TEXNOLOGİYALARIN SƏVİYYƏSİNƏ GÖRƏ AVROPA İTTİFAQI ABŞ-DAN 50 İL GERİ QALIR
Tədqiqatçılar Avropa İttifaqının üzvü olan 25 dövlətin nailiyyətlərini Yaponiya, ABŞ və bəzi digər ölkələrin uğurları ilə müqayisə etmişlər. Nəticədə tədqiqat obyekti seçilən hər bir ölkənin ali texniki məktəblərin məzunlarının, qeydiyyatdan keçirilmiş patentlərin, ixrac edilən texnologiyaların və bəzi digər göstəricilərin sayından asılı olaraq reytinqi müəyyən edilmişdir. Aydın olmuşdur ki, Avropanın cəmi dörd ölkəsi - İsveç, Finlandiya, Danimarka və Almaniya öz innovasiyalarında ABŞ və Yaponiya ilə yarışa girə bilər. Yaponiya isə bu sahədə Avropa İttifaqını getdikcə daha çox geridə qoyur.
Tədqiqatçıların məlumatına görə, Avropa İttifaqının üzvü olmayan İsveçrə Yaponiyanı da, Birləşmiş Ştatları da qabaqlayır. Böyük Britaniya, Fransa və İtaliya “orta səviyyəli ölkələr” reytinqi almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]