Elşad Hacıyev: Qanunsuz aksiyada iki nəfərin xəsarət alması ilə bağlı deyilənlər əsassızdır
Bakı, 12 fevral, AZƏRTAC
Bir qrup şəxsin fevralın 10-da Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyasında Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a açıqlamasında bildirib.
E.Hacıyev qeyd edib ki, polisin təşəbbüsü ilə hər iki şəxs həkim müayinəsindən keçirilib. Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.
Qeyd edək ki, fevralın 10-da axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]