Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən qanvermə aksiyası təşkil olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 15-i Milli Qurtuluş Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.