Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika turnirinə start verilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 18 yaşından yuxarı oğlanlar və qızlar arasında Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 90 idmançı iştirak edir. Oğlan və qız idmançılar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, bölgə təmsilçiləri də qüvvələrini sınayırlar.
Yarışa mayın 27-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]