ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir xalqlarımızın dostluğunun qədim tarixini xatırlatmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin iki dost və qardaş dövlət arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafındakı xidmətlərini, hazırda qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. O, əhalinin sosial müdafiəsi sahəsində qardaş Türkiyənin təcrübəsindən istifadə olunacağını və bununla əlaqədar müvafiq işlər görüldüyünü bildirmişdir.
Murat Başesgioğlu ölkələrimiz arasındakı əlaqələrin digər dövlətlərlə müqayisədə qat-qat yüksək səviyyədə olduğunu, müstəqillik illərində respublikamızın əldə etdiyi nailiyyətlərinə, dinamik inkişafına qəlbən sevindiyini, Türkiyənin Azərbaycana hərtərəfli kömək etməyə hazır olduğunu söyləmişdir.
Görüşdən sonra əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın üçüncü iclası öz işinə başlamışdır.
Tərəflər 2005-ci il sentyabrın 29-da Türkiyədə keçirilən ikinci iclasda imzalanmış protokolun müddəalarından irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparmış, imzalanacaq yeni protokolun layihəsini müzakirə etmişlər.
Protokol sentyabrın 18-də imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]