Emin Əmrullayev: Xankəndidə şagirdlərin sayı artacaq, ikinci məktəbin açılması istisna deyil
Xankəndi, 23 sentyabr, Aytac Babayeva, AZƏRTAC
İlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.
Emin Əmrullayev Qarabağ Universitetində Tibb fakültəsi və ali səviyyədə tibb bacısı ixtisasının açılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, elmi-tədqiqatyönümlü xəstəxana ilə universitetin Tibb fakültəsinin birgə əməkdaşlıq etməsi gözlənilir. Bundan əlavə, Xocalı şəhərində Kənd təsərrüfatı elmləri fakültəsinin təxminən 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]