“Emirates” uçuşdan əvvəl sərnişinləri çevik koronavirus testindən keçirən ilk aviaşirkət oldu
Qahirə, 16 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti dünyada ilk dəfə uçuşdan əvvəl sərnişinlərin sürətli koronavirus testindən keçirilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Dubay Beynəlxalq Aeroportunda Dubay-Tunis aviareysi ilə uçan sərnişinlərin hamısından qan analizi götürülüb və cəmi 10 dəqiqədə ən müasir cihazların köməyi ilə koronavirus testi aparılıb. Aviaşirkətin təmsilçisi Adil Əl Rədha jurnalistlərə müsahibəsində bildirib ki, Dubay Səhiyyə Departamentinin təchiz etdiyi innovativ vasitələr bundan sonra bütün aviareyslərdən əvvəl çevik koronavirus testi keçirməyə imkan verəcək.
Testin cavabını alan sərnişinlər sosial məsafə qaydalarına riayət etməklə qeydiyyatdan keçiblər və təyyarənin salonuna daxil olublar. Onlara, həmçinin tibbi maskalar, əlcəklər və dezinfeksiyaedici sprey də paylanılıb.
“Emirates” hesab edir ki, bütün aviaşirkətlərin bu təcrübədən istifadə etməsi uçuşların qismən bərpa edilməsinə şərait yaradacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]