Emitent kalkulyatoru istifadəyə verilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) rəsmi internet səhifəsində qiymətli kağızların buraxılışı və listinqdə saxlanılma xərclərinin hesablanması üzrə emitentin kalkulyatoru istifadəyə verilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emitentin kalkulyatoru vasitəsilə birjada və birjadankənar olmaqla qiymətli kağızın buraxılışı zamanı və onların tədavüldə qaldığı müddətdə yaranan xərclərin hesablanması nəzərdə tutulub. Əlavə olaraq, qiymətli kağızların buraxılışı zamanı və həmin qiymətli kağızların dövriyyədə qaldığı müddət ərzində yaranan xərclər buraxılış növləri üzrə müqayisəli şəkildə əks etdirilir.
Hesablamanın düzgün aparılması üçün qiymətli kağızın növü, buraxılış həcmi, listinqdə saxlanılma müddəti, bazar seqmenti ilə bağlı dəyərlərin daxil edilməsi vacibdir.
Emitentin kalkulyatoru bölməsi “bfb.az” saytının listinq bölməsində yerləşdirilib. Qeyd olunmuş linkdən keçid edə bilərsiniz: https://www.bfb.az/az/emitentin-kalkulyatoru
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]