Ən populyar veb-brauzer – Chrome
Bakı, 29 may (AZƏRTAC). StatCounter xidmətinin subyektiv statistik hesablamalarına əsasən, Chrome tarixdə ilk dəfə olaraq dünyanın ən populyar brauzeri elan edilmişdir. Bu veb-brauzer mayın 14-dən 20-dək ən çox istifadə olunan brauzer olmuşdur. “Google” şirkətinin məhsulu olan Chrome bu müddətdə bazar payını 32,76 faizə çatdırmışdır. Bu da 31,94 faiz göstəricisi olan Internet Explorer-i geridə qoymağa kifayət etmişdir.
Liderliyinə baxmayaraq, ayrı-ayrı regionlarda Chrome rəqiblərinə güzəştə gedir. Belə ki, Şimali Amerikada hələ də “Microsoft” şirkətinə məxsus brauzer liderlik edir. Liderlik yarışmasına Firefox-un başçılıq etdiyi Avropada isə Chrome Internet Explorer-i tamamilə az fərqlə qabaqlayır. Afrikada da eyni vəziyyət müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC- a bildirmişlər ki, www.dailycomm.ru saytının məlumatına görə, Chrome brauzeri yalnız payının 50 faizlə ölçüldüyü Cənubi Amerikada böyük fərqlə liderlik edir. Ekspertlər regionda proqramın populyarlığını burada Google Orkut sosial xidmətinin geniş yayılması ilə izah edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Düşənbədə su festivalı
- [19:57]
Kosmik hava proqnozu açıqlanıb
- [16:04]