ENERGETİKLƏR TİBBİ MÜAYİNƏDƏN KEÇİRLƏR
“Azərenerji” Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkənin baş enerji idarəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti yüksək ixtisaslı həkimləri cəlb etməklə, planlı surətdə tibbi müayinə keçirəcəkdir.
Tibbi müayinə Şəmkir və Yenikənd su elektrik stansiyalarında aparılacaqdır. Müayinənin nəticələrinə əsasən, həkimlər hər bir işçinin vəziyyəti haqqında rəy verəcək, lazım gəldikdə isə müvafiq müalicə və bərpa kursu təyin edəcəklər.