Entoni Blinken: HƏMAS bir neçə amerikalı girovu azad edəcək
Bakı, 22 noyabr, AZƏRTAC
İsraillə əldə edilən razılaşma əsasında HƏMAS hərəkatının ilk mərhələdə azad edəcəyi 50 girovun arasında amerikalılar da olacaq.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə özünün sosial media hesabında yazıb.
“Biz Qəzza sektorunda saxlanılan 50 girovun, o cümlədən amerikalıların azad edilməsini alqışlayırıq. Tərəfdaşlığına görə Qətərə minnətdarıq”, - deyə Entoni Blinken bildirib. Birləşmiş Ştatlar razılaşma çərçivəsində tezliklə azad ediləcək girovlar arasında ən azı üç amerikalının olacağını gözləyir.
ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların, Misirin, İsrailin və Qətərin Qəzza sektorunda saxlanılan girovların azad edilməsi istiqamətində əməkdaşlıq edəcəklərini deyib.
Qeyd edək ki, bir müddət öncə Qətər Xarici İşlər Nazirliyi HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs barədə razılaşmanın əldə olunduğunu təsdiqləyib. Atəşkəsin başlama vaxtı 24 saat ərzində elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]