Əqli Mülkiyyət Agentliyi tərəfindən Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə dəstək
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olub, on minlərlə əhali yaralanıb və xəsarət alıb. Bu dəhşətli hadisə Azərbaycan xalqını çox sarsıdıb və kədərləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin müvafiq strukturlarının nümayəndələri hadisə baş verən andan zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını həyata keçirmək üçün Türkiyədədir. Dövlətimiz və xalqımız ilk andan qardaş ölkəyə öz dəstəyini nümayiş etdirir.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və zərər çəkmiş əhaliyə dəstək göstərilməsi məqsədilə Agentlik humanitar kampaniyaya qoşulub. Kollektivin üzvləri öz şəxsi vəsaitləri hesabına yeni 110 ədəd gödəkcə, 57 ədəd isti adyal və digər mövsümi geyimləri (cəmi 361 ədəd) Türkiyəyə göndərilməsi üçün Heydər Əliyev adına İdman Konsert Kompleksində yerləşən qəbul məntəqəsinə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]