Əqli Mülkiyyət Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Abidənin önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.