Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqli Mülkiyyət Agentliyinin şərhi: Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur

Əqli Mülkiyyət Agentliyinin şərhi: Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur

Bakı, 8 aprel, AZƏRTAC

Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlamaları barədə məlumat yayılıb.

AZƏRTAC bununla bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin şərhini təqdim edir.

İlk olaraq, onu qeyd etmək lazımdır ki, ən ləziz və geniş yayılan şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə, türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda baklagu və ya baklagi kimi dəyişmə prosesi keçib və bu gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu sözün daha çox Anadolu türklərinin, yaxud azəri türklərinin leksikasına aid olduğu söylənilir.

Türk əsilli dilçi professor Tuncer Gülensoy baklava/paxlava sözünün kökünün türkcədə bakl-ı (yem) olduğunu və buna -la-ğı sonluqlarının əlavə olunduğunu bildirir. Söz bakılağı>bakılavi>baklava olarak dəyişmişdir (Gülensoy, Tuncer (2007). Türkiye Türkcesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü-I . Türkiye: Türk Dil Kurumu. s. 106. ISBN 978-9751619709).

Bu söz digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn, baklava/paxlava sözünə ingilis dilində ilk dəfə 1650-ci ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış (iqtibas edilmiş) türkizm olduğu göstərilir (Oxford English Dictionary, 2nd edition).

Tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan Fatihin dövrünə aid bir qeyd saxlanıb. Həmin qeyddə göstərilir ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda hazırlanıb (Елена Солнцева. Пахлава или жизнь.Турки защищают смесь орехов, меда и теста от иностранной агрессии (12.07.2006 15:30); (Najmieh K. Batmanglij, A Taste of Persia: An Introduction to Persian Cooking. I. B. Tauris, 2007).

Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan bəllidir ki, XV əsrin ortalarında yazılan Qayğılı Abdala məxsus bir şeirdə “baklava” haqqında belə deyilib:

“İki yüz təpsi baklava, içində

Kimi badəm, kimi mərcimək olsa”

Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:

Dərdə dəvadır baklava,

Cana şəfadır baklava,

Yiyəmmədim doyunca,

İbrət-nümadır baklava.

Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava” artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olub.

Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd ediblər.

Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç öz türk sözləri lüğətində baklava/paxlava sözünün Balkanlara və Şərqi Avropaya türk dilinin leksikasından keçdiyini qeyd etmiş və həmin sözün mənasını “lay-lay olan tort” kimi izah etmişdir (Von dr. Franz Miklosic, “Die türkischen elemente in den süd-ost und ost-europäischen sprachen: (griechisch albanisch rumunisch bulgarisch serbisch kleinrussisch grossrussisch polnisch. WIEN, 1884. S.19).

Tanınmış alman şərqşünası, türkoloq Gerhard Derfer də özünün 4 cildlik yeni persiya dilinə keçmiş türkizmlər lüğətinə baklava/paxlava sözünü daxil edib və bununla həmin sözün türk mənşəli olduğunu qeyd edib (Gerhard Doerfer, “Türkische und Mongolische Elemente im Neupersischen”, 1965, T2, s.255).

Tarixçi alim Paul D.Buell öz kitabında baklava/paxlava sözünün türkcəyə bağlı olduğunu və Moğolcada da eyni məna daşıdığını bildirib (Paul D. Buell, "Moğol İmparatorluğu ve Türkleşme: Yemek ve Yemek Yollarının Kanıtı", s. 200 ff, Amitai-Preiss, 1999). Türk dilinə aid olan bu söz kiçik fonetik yazı fərqləri ilə bir çox dillərdə işlənməkdədir (Merriam-Webster Çevrimiçi, sv Baklava" . Mw.com . 2012-04-22; "Dictionary.com. Kısaltılmamış, sv Baklava" . sözlük.reference.com . 2012-04-22).

Bir sözlə, baklava/paxlava sözünün türk mənşəli olması barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın nəticədir.

Bəzi linqvistlərin araşdırmalarında baklava/paxlava sözünün ərəb sözü “baqlawi” - “toxunmuş zəncir” sözündən törədiyini ehtimal edən fikirlər olsa da, bu versiya öz təsdiqini tapmayıb.

Azərbaycanlı alimlərdən Bəşir Əhmədov paxlava/baklava sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı olduğunu qeyd edib (Bəşir Əhmədov. Etimologiya lüğəti).

Baklava/paxlava sözünün etimologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən - türk dillərindəki bakla/paxla və ərəb dilində olan halva sözlərindən yaranması barədə fikirlər də mövcuddur və bunun müəyyən elmi əsasları da vardır. Bəllidir ki, bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər. Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı, həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Çox güman ki, rus dilində olan “бакалея” sözü də həmin kökdəndir.

Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi tərcümə olunur. Baklava/paxlava sözü isə kontaminasiyadır, yəni bakla/paxla və halva sözlərinin birləşməsindən əmələ gəlmiş yeni sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun olaraq yaradılıb. Daha dəqiq desək, baklahalva/paxlahalva söz birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik cəhətdən baklava/paxlava sözlərinə çevrilib.

Rus dilindəki leksikoqrafik mənbələrdə də bu söz kifayət qədər geniş şəkildə işlədilir:

“пахлава” qoz-fındıq içli Şərq pirojnası (http://www.mirefremova.ru. Современный толковый словарь русского языка Ефремовой Т.Ф.,2000);

qoz-fındıq içli müxtəlif növləri olan piroq - Bakı paxlavası, Naxçıvan paxlavası, Şuşa paxlavası, lay-lay, əriştəli, əriştə kimi və s. (Похлебкин В.В., Большая энсиклопедия кулинарного искусства. Все ресепты В.В Похлебкина, Центрполиграф,М., 2009);

bişirildiyi qabın ölçüsü boyda olan qoz-fındıq içli Azərbaycan milli piroqu, bişirildikdən sonra romb-hissələrə bölünür və müxtəlif növləri vardır, hansılar ki, xəmirin xarakteri, xəmirin və içliklərin nisbəti, onların doldurulma üsulu və yerləşdirilməsi, içliyin komponentlərinin nisbəti ilə fərqlənirlər (Кулинарный словарь, Зданович Л.И. Серия: Карманная библиотека. 2001, 4000 с.).

Milli Azərbaycan xalçalarında da bir sıra paxla simvollarına rast gəlmək mümkündür və bunlar formaca paxlavaya oxşayırlar. Bir çox xalçalarımızın üzərindəki həndəsi naxışlara diqqət yetirsək, onların sırasında düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin günəşin, ayın, ulduzların təsvirini əks etdirən rəsmləri, həmçinin paxlava və ya romb kimi ornamentləri görmək olur. Ümumiyyətlə isə paxlava milli mədəniyyətimizdə alovun rəmzi sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.

Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də baklava/paxlava sözünün türk leksikasına, həmin adda şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd olunur.

Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər) baklağı və baklağu olaraq qəbul edir, onun Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir (Nişanyan, Sevan (2009) (Türkçe). Sözlerin Soyağacı - Çağdaş Türkçenin Etimolojik Sözlüğü [Kelimelerin Soyağacı - Çağdaş Türkçenin Etimolojik Sözlüğü]. İstanbul. http://nisanyansozluk.com/?k =baklava).

Erməni mənbələrində paxlava/baklava ilə bağlı yazılanlardan danışarkən bir maraqlı erməni nağılını da burada xatırlatmaq yerinə düşər. Söhbət erməni müəllif Talita Ambarsumovna Xatranovanın “Erməni mətbəxi” kitabına daxil edilən erməni folklor vahidindən gedir və müəllif həmin nağıla istinad edir. “Paxlavanın dadı” adlı həmin erməni xalq nağılı onların öz yalanlarını ifşa etmək baxımından çox maraqlıdır. Nağılı təqdim edirik:

- “Ən yaxşı hansı şirniyyatdır və hansı yemək ən dadlı yeməkdir?

Hər kəs sevimli yeməyini söylədi və onun ən dadlı olduğunu təriflədi.

- Yox, qardaşlar,- söhbətə Sako müdaxilə etdi,- ən şirin şey paxlavadır.

- Sən bunu haradan bilirsən? - Keri Toros soruşdu.

- Bilməsəydim onda danışmazdım,- Sako cavab verdi.

- Haradan bilirsən? Eh, sən özün paxlava yemisən? - Maqdesants Arut istehza etdi.

- Mən yeməmişəm, lakin bilirəm, - Sako qürurla cavab verdi.

- Bir halda ki, yeməmisən, onda haradan bilirsən ki, paxlava şirindir? - Keri Toros soruşdu.

- Eh, siz! - Sako incimiş halda cavab verdi, - baxmayaraq ki, mən paxlava yeməmişəm, lakin bilirəm. Mən bu barədə keçən il Qars bazarına getdiyim vaxt öyrəndim. Mən orada paxlava yeyən insanları gördüm. Bunu onlar dedilər: “Paxlava çox şirindir”.

Ermənilərin bu sadə xalq nağılı paxlava/baklavanın hay-ermənilərə hansı səviyyədə aidiyyətinin olmasının əyani bir göstəricisidir və onun məzmunu bir daha sübut edir ki, onların tarixi və genetik yaddaşında belə baklava anlayışı haqqında aydın təsəvvürləri yoxdur. Üstəlik, yuxarıda bir sıra nüfuzlu müəlliflərdən gətirilmiş istinadlardan da göründüyü kimi, paxlava/baklava sözünün erməni dilinə, bir şirniyyat növü olaraq isə erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, həmişə olduğu kimi, bu gün növbəti erməni saxtakarlığı ilə qarşılaşırıq.

Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx mədəniyyətinə aid olması dünyada qəbul edilən faktdır və hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb