Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir
Vaşinqton, 3 sentyabr, AZƏRTAC
İsrailin livanlı məhbusları azad etməsi son həftələrdə ABŞ-nin iki ölkə arasında vasitəçiliyinin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi “Axios”un müxbiri Barak Ravidə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ avqust ayında Romada İsrail və Livan arasında keçirilən son danışıqlar zamanı qaldırılıb və ABŞ-nin Livandakı səfiri Mişel İssanın bu həftənin əvvəlində İsrailə səfəri zamanı yekunlaşdırılıb.
Dövlət Departamentinin rəsmisi qeyd edib ki, Tramp administrasiyası İsrail və Livan arasında gündəlik olaraq dialoqu asanlaşdırmağa davam edir və bu ayın sonunda Romada keçiriləcək növbəti danışıqlar mərhələsini səbirsizliklə gözləyir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [19:15]
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 03.09.2026 [19:04]
Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb
- 03.09.2026 [17:19]
Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar
- 03.09.2026 [16:36]
Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb
- 03.09.2026 [16:34]
Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib
- 03.09.2026 [16:19]