Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb
Berlin, 3 sentyabr, AZƏRTAC
Almaniyada cari ilin əvvəlindən indiyədək 165 təxribat xarakterli hadisə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın bir sıra yerli media qurumları Federal Cinayət Polisi İdarəsinin (BKA) daxili vəziyyətlə bağlı hesabatına istinadla məlumat yayıb.
Bildirilib ki, siyahıya bu həftə Brandenburq və Şimali Reyn-Vestfaliya əyalətlərində elektrik enerjisi infrastrukturuna qarşı törədilən 2 təxribat da daxil edilib. İlkin qiymətləndirmələrə əsasən, hər 2 hadisə arasında əlaqənin olması ehtimalı yüksəkdir.
Bundan başqa, Almaniyada federal və əyalət polis orqanları casusluqla əlaqəli 100-dən çox cinayət faktı müəyyən edib. Bu hallarda, xüsusilə kamera ilə təchiz olunmuş dronlardan istifadə edildiyi bildirilir. Lakin belə uçuşları təşkil edən şəxsləri müəyyənləşdirmək əksər hallarda mümkün olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [19:15]
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 03.09.2026 [17:19]
Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar
- 03.09.2026 [16:36]
Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb
- 03.09.2026 [16:34]
Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib
- 03.09.2026 [14:38]