ƏR-RİYAD HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 2-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlmişdir.
Prezident İlham Əliyevi hava limanında Ər-Riyad qubernatorunun müavini, Kralın qardaşı əmir Səttam ibn Əbdüləziz Al Səud, ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı qarşıladılar. Azərbaycan Prezidentinin qarşılanması Səudiyyə Ərəbistanının dövlət televiziyası ilə birbaşa yayımlanırdı.
Azərbaycan Prezidenti İlham Əliyev Kralın ailə üzvlərinə, onu qarşılayan rəsmi şəxslərə başsağlığı verdi.
Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.