Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni himayəçiliyindən imtina edən - Tatev monastırı

Erməni himayəçiliyindən imtina edən -  Tatev monastırı

Bakı, 22 may, AZƏRTAC

Tatev monastırı Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Gorus rayonu ərazisindəki Tat-evi (Tatev) kəndinin yaxınlığındakı Oxçu çayının sahilində böyük bazalt qayanın üzərində inşa olunmuş Alban monastırıdır. Kompleksin IX əsrdə tikildiyi güman edilsə də, abidənin tədqiqi onun daha qədim dövrlərdə tikildiyi ehtimalını yaradır. Belə ki, abidənin tikinti quruluşu Xocavənd rayonundakı Amaras monastırının tikinti quruluşu ilə eynilik təşkil edir. Bəlkə də bu abidələr eyni ildə olmasa da eyni əsrdə tikilib. Tatev monastırının daxilindəki Qavazan adlandırılan sütunun üzərindəki ornamental görüntülər də onun IX-XI əsrlərə deyil, IV-VI əsrlərə aid olduğu gümanını yaradır.

Bu sözlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Erməni himayəçiliyindən imtina edən: Tatev monastırı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Məbədin adının türk dilində etimologiyasına görə ad “tat” və “ev” sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən həyat keçirən türklərə aid edilməklə yanaşı, “tat ev” ifadəsi “tatların yaşadığı yer”, “Böyük ev” anlamında işlədilir.

Rəvayətə görə monastır Həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən həlak olmuş şagirdlərindən birinin şərəfinə Tatev adlandırılıb. Başqa bir rəvayətə görə monastır kompleksinə daxil olan məbəd binasının inşası tamamlandıqdan sonra memarın şagirdinin binanın qübbəsindən aşağı düşəndə yıxılırkən onun dilindən “ta tev” nidası səslənir. Onun ölümündən sonra kompleks Tatev adlandırılır. Bütün bunlar hamısı Tatev monastırı haqqındakı ehtimal rəvayətlərdir.

Ətrafı mühafizə divarları ilə əhatə olunmuş Tatev monastır kompleksinə üç məbəd (Müqəddəs Pavel və Pyotr məbədləri, Müqəddəs Qriqori məbədi, Müqəddəs Məryəm məbədi), eləcə də kitabxana, yeməkxana, zəng qülləsi və digər kiçik yardımçı binalar daxildir.

Müqəddəs Pavel və Pyotr məbədi 895-906-cı illərdə inşa edilib. 1043-cü ildə məbədin cənub divarına bitişik tağlı zal tikilib. 1087-ci ildə kompleksin mühafizə divarının şimal tərəfində Müqəddəs Məryəm məbədi qurulub. 1787-ci ildə Müqəddəs Qriqori məbədinin qərb divarı yaxınlığında mavzoley inşa olunub, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr məbədinin qərbində zəng qülləsi inşa edilib və mavzoleyə vestibül əlavə olunub.

Monastır kompleksi Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılıb və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalıb.

XIV əsrdə müxtəlif ölçülü, inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən mühafizə divarları da inşa edilib. XVIII əsrdə kompleksə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, təndir və şərab anbarı tikilib.

XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı (1136-cı il) baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qalıb. Zəlzələdən sonra monastırda saxlanan 10 mindən çox Alban dilində əlyazmalar və digər kitablar, naməlum şəraitdə məhv edilib. 1170-ci ildə monastır kompleksi Səlcuqlular tərəfindən yenidən bərpa olunub.

Müqəddəs Pavel və Pyotr kilsəsi İsanın iki həvarisinin şərəfinə inşa edildiyi bildirilir. Bu kilsə həm də Alban Həvari kilsəsi və ya kafedral kimi tanınır. Ehtimal ki, bu kilsə özündən əvvəl həmin ərazidə olmuş daha qədim bir binanın yerində tikilib. Kilsənin qərb divarında yepiskop İohannın sifarişi ilə hazırlanması barədə yazı vardır.

Kompleksin ərazisində qərbdən şərqə uzanan məbəd dördbucaqlı planda tağlı bazilika formasında inşa edilib. Məbədin şərqində iki tərəfdən əhatə olunmuş apsidanın ortasında altar yerləşir. Mərkəzi qübbə şərqdən iki sütunun üzərində dayansa da, qərbdən əvvəlki tikilinin divarlarına söykənir.

İki hündür qübbə maili istiqamətdə kirəmidlə örtülüb. Həm daxildən, həm də xaricdən kilsənin divarları yonulmuş daşlarla üzlənib. Divarlarda və qübbədə olan nazik pəncərələr neflərin işıqlandırılmasını təmin edir. Kilsənin şərq fasadında onun inşasında nişlər və nişlərin də üstündə ilanlarla əhatə olunmuş qadın və kişi portret-barelyefləri var.

Müqəddəs Qriqori məbədi, Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilib. Kilsə 836-848-ci illərdə tikilib. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı yenidən dağılıb. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə yenidən bərpa edilib.

Müqəddəs Qriqor məbədi sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülüb. Məbədin girişi gözəl həndəsi naxışlarla bəzədilib.

Müqəddəs Məryəm ana məbədi (Tanrı anası kilsəsi) kompleksi əhatə edən qala divarlarının şimal tərəfində 1087-ci ildə inşa edilib. Kilsə girişin yanında yerləşən mavzoleyin ikinci mərtəbəsi kimi tikilib.

Qavazan adlandırılan və kompleksin həyətində ucaldılmış sütun formalı abidə Müqəddəs Üçlüyün şərəfinə inşa edilib. Abidə kafedralın cənubunda yerləşir. Səkkiz metrlik sütun xaç təsvirli daş lövhə ilə tamamlanıb. Üzərində çox az naxışı olan yazısız daş inşa olunduğu tarixdən dəyişilməyib. Sütunun inşa olunmasında əsas məqsəd aktiv seysmik zonada baş verəcək zəlzələlər haqqında əvvəlcədən məlumat vermək idi. Hər dəfə tərpənişlərdən sonra sütun öz vertikal formasına qayıdır.

Yarandığı gündən müstəqil fəaliyyət göstərən bu Alban Monastırı feodal quruluşa sahib idi. Zəngəzur bölgəsinin həyatında mühüm rol oynayan monastır yerli əhali arasında böyük təsir qüvvəsinə malik idi. Monastır böyük əraziləri və çoxlu kəndləri ətrafında birləşdirirdi.

Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakilər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilib. Teymurun Zəngəzur vilayətinə hücumu (1381-1387) zamanı monastır talanıb ə yandırılıb. Teymurun işğalından sonra Tatev monastırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirib. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tatev növbəti dəfə yenidən talan olunaraq yandırıldı.

XVII-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə kompleksdə monastır həyatı yenidən canlanmağa başladı. Monastır müstəqil fəaliyyətini bərpa etdi. Kompleksdə bərpa işləri həyata keçirildi və bir neçə yeni yardımçı binalar inşa olundu.

1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının işğalından sonra 1836-cı ildə Müqəddəs Alban Həvari Kilsəsi olan Tatev Monastırının da müstəqilliyinə son qoydu. Tatev monastırı Erməni Qriqoryan Kilsəsinin yeparxiyalarından birinə həvalə edilsə də, Tatev Monastırı fəaliyyətini müstəqil davam etdirdi və Erməni Qriqoryan kilsəsinə tabeçilik göstərmədi.

1921-ci ildə Rusiyanın təşəbbüsü ilə Ermənistan Respublikasının yaradıldığı vaxt Tatev monastırı 47 kəndə malik idi və bu kəndlərdən aldığı verginin hesabına yaşayırdı. Bu cür iqtisadi imkanları sayəsində əvvəllər də müstəqil əsasları olan həvari mənşəli Tatev monastırı əvvəlki gücünü bərpa etdikdən sonra, yenidən Erməni Qriqoryan Kilsəsinə və Eçmiədzin katolikosuna tabe olmaqdan imtina etməklə öz müstəqilliyini elan etdi.

Bu hadisədən sonra erməni katolikosu Ananiya Mokaçi, erməni himayəçiliyindən imtina edən üsyankar Tatev monastırının dağıdılmasına qərar verdi. O, Tatev monastırına erməni silahlılarını göndərərək Tatev monastırını xüsusi qəddarlıqla dağıtdırdı.

Çox sonralar yəni Sovet dövrü Monastır Kompleksində dağılmış tikililərin bir qismi bərpa edilsə də, zəng qülləsi və digər yardımçı binaların xarabalıqları bu günə kimi qalmaqdadır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO