Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə

Bakı, 6 fevral, AZƏRTAC

Vladimir Kazimirovun “Nezavisimaya qazeta”da dərc edilmiş, ölkəmizə münasibətdə qərəzli mövqedən yazılmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən məqalələrinə (sonuncu belə məqalə yanvarın 26-da çap olunub) cavab olaraq həmin qəzetin 2017-ci il 6 fevral tarixli nömrəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə” adlı məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Rusiya mətbuatında vaxtaşırı özünü yada salan keçmiş səfir Vladimir Kazimirov yenə dözməyib və özündən müştəbeh tərzdə ümumi xarakterli öyüd-nəsihət verməyi, eləcə də konkret olaraq Azərbaycanı “haqq yoluna dəvət etməyi” qərara alıb. Həm də o bunu Azərbaycana və bu ölkənin diplomatik xidmətinə münasibətdə elementar etikadan kənar tərzdə edib. İstər-istəməz buna reaksiya verilməli idi, lakin mən oxşar yolla getməyi yersiz hesab etdim və əsas məqamların icmalını daha münasib formada təqdim etməyə üstünlük verdim.

Cənab Kazimirovun inadkarlıqla son on ildə eyni, lakin məzmunca artıq xeyli köhnəlmiş tezislərinin növbəti porsiyasını şərh etməzdən əvvəl Vladimir Nikolayeviçə bir sualım var: əgər siz özünüzü bu qədər yüksək səriştəli hesab edirsinizsə, müvafiq mandatınız olduğu vaxtda - 1996-cı ilə qədər nə üçün bu münaqişənin qəti həllinə nail ola bilmədiniz? Axı nə siz, nə də ATƏT-in Minsk qrupunda sizin varisləriniz hələ bunu edə bilməyib.

Əslində siz özünüz də bu faktı inkar etmirsiniz. Üstəlik, bu il yanvarın 26-da “Nezavisimaya qazeta”da dərc olunmuş sonuncu məqalənizin əvvəlində də qeyd edirsiniz ki, münaqişəni dinc yolla həll etmək cəhdləri 20 ildən artıq vaxt alıb. Bunun təqsirkarı kimi, guya vasitəçilərin təşəbbüslərini pozan Azərbaycanı göstərməyə çalışırsınız, sizin fikrinizcə, “hər iki erməni tərəfi” isə Minsk qrupunun təklifləri üzərində işləməyə hazır olduqlarını göstərir. Siz Azərbaycan tərəfin bütün mümkün yollardan, hətta hərbi yoldan da istifadə etməklə öz ərazi bütövlüyünü müdafiə etmək kimi ayrılmaz hüququ barədə bəyanatlarına görə ah-zar edərək, pərdələnməyə çalışırsınız.

Lakin insanları çaşdırmağa çalışmaq yersizdir. Siz, cənab Kazimirov, çox yaxşı bilirsiniz ki, “erməni tərəfləri” anlayışı yoxdur, münaqişənin tərəfləri olan Ermənistan və Azərbaycan, bir də bu münaqişənin həllində maraqlı tərəflər kimi Dağlıq Qarabağın erməni və Azərbaycan icmaları var. Bütün beynəlxalq vasitəçilər məhz bu formatda işləyiblər və yenə bu formatda işləyirlər.

Bundan əlavə, yaxşı olardı ki, siz - hazırda istefada olan keçmiş yüksəkvəzifəli diplomat BMT Nizamnaməsini götürüb bu sənədin dövlətlərin özünümüdafiə hüququ və təcavüzü dəf etmək hüququndan bəhs edilən 51-ci maddəsini nəzərdən keçirəsiniz. Bütün beynəlxalq münasibətlər sisteminin bazası olan bu mühüm sənədi yaddaşınızda təzələmək təhrifləri aradan qaldırmağa kömək etməlidir. Bu təhriflər sizi o dərəcəyə çatdırır ki, deməyinizə görə, təcavüzün qurbanı özü təqsirkardır, təcavüzkar isə az qala “sülh göyərçini”dir.

Sizin sonuncu məqalənizdən belə təsəvvür yarana bilər (hər halda müəllif çox səylə belə təsəvvür yaratmağa çalışır) ki, vasitəçilərin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə dair bütün fəaliyyəti müddətində cəmi iki sanballı sənəd yaranıb və hər iki sənədin “atası” Kazimirovdur. 1994-1995-ci illərdə yaradılmış bütün sənədlər kompleksindən yalnız faks aparatının düyməsini basmaqla iştirak etdiyiniz sənədləri qabartmaq, bütün başqa sənədləri unutmaq, onların barəsində susmaq sizin peşəkar eqoizminizin və ya peşəkar amneziyanızın növbəti təzahürüdür.

Xatırladırıq. Münaqişə tərəfləri arasında atəşkəs haqqında 1994-cü il 5 may tarixli Bişkek protokolunda “ən intensiv iş apararaq ən qısa müddətdə etibarlı, hüquqi öhdəliklər irəli sürülən, hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin bərpa olunmamasını, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını, kommunikasiyaların fəaliyyətinin bərpa olunmasını, qaçqınların qaytarılmasını, danışıqlar prosesinin davam etdirilməsini təmin edən mexanizm nəzərdə tutulan sazişlər imzalanması yolu ilə bu protokolun təsbit edilməsi” barədə çağırışlar var. Məlum olduğu kimi, bu razılaşmalar əsasında 1994-cü il mayın 12-də atəşkəs rejimi qüvvəyə minib. 1994-1995-ci illərdə tərəflərin müzakirə etdiyi bütün başqa sənədlərin məqsədi bu razılaşmaları implementasiya etmək olub. Konkret tədbirlər arasında atəşkəs rejiminin qorunub saxlanması (tənzimləmə üçün şərait yaradan texniki məqamlar) və işğalçı qüvvələrin çıxarılması (nizamlamanı təmin edən məzmun aspektləri) də var.

Belə ki, işğal edilmiş ayrı-ayrı ərazilərdə vəziyyətin tənzimlənməsinə dair Tədbirlər Təqvimi haqqında 1995-ci il 5 noyabr tarixli II Əlavədə işğal olunmuş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinin və minalardan təmizlənməyə başlanmasının zaman çərçivələri birbaşa müəyyən edilib.

İşğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə bu tələblər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və yaxşı məlum olduğu kimi, icrası üçün iddia müddəti olmayan dörd qətnaməsinin (822, 853, 874 və 884 nömrəli) müddəalarından irəli gəlirdi. Həmin qətnamələrə görə, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pislədi və eyni zamanda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığını bir daha təsdiqlədi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bu tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsini, ehtimal ki, onu beynəlxalq hüquq qaydalarına və dövlətlərin dinc yanaşı yaşaması normalarına hörmət etməyin zəruri olmasına inandıra bilməmiş beynəlxalq vasitəçilərin nöqsanı hesab etmək olar. Nəticədə Azərbaycan torpaqlarının işğalı davam edir və bu, yeganə faktdır ki, siz haqlı olaraq onu təsdiqləyirsiniz. Bu halda təcavüzkara qarşı təsirli beynəlxalq qınaq və onu sülhə məcbur etmək tədbirləri görülmür. Lakin bunun səbəbi təcavüzə məruz qalmış Azərbaycanın “qeyri-konstruktiv mövqeyi” deyil, işğalçı tərəfin bütün beynəlxalq qərarları, o cümlədən BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli qətnamələrini də sabotaj etməsidir.

Sizin sənədli ekvilibristikadan istifadə etməklə təcavüzkara hər vasitə ilə himayəçilik etmək cəhdləriniz vəziyyəti daha da gərginləşdirir, qoşunların təmas xəttində nəzarət tədbirlərindən dəm vurmaqla status-kvonu uzatmağa çalışan Ermənistanın mövqeyini bir növ dəstəkləmək illüziyası yaradır. Hərçənd, tamamilə aşkardır ki, hər hansı insidentlərə yol verməməyin yeganə təsirli və etibarlı üsulu işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməkdir. Yalnız bu halda hazırda aparılan danışıqlar prosesi çərçivəsində münaqişənin qəti siyasi tənzimlənməsinə doğru irəliləmək mümkün olar.

Siz isə, Vladimir Nikolayeviç, yaxşı olar ki, artıq 20 ildən çox müddətdə heç bir aidiyyətiniz olmayan proses ətrafında informasiya feykləri yaratmayasınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək