Ermənistan hökuməti Qara dənizin dibi ilə kabelin çəkilməsi layihəsində maraqlıdır
Tbilisi, 26 yanvar, AZƏRTAC
Ermənistan hökuməti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi layihəsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bölgəmiz Cənubla Şimal, Qərblə Şərq arasında çox mühüm marşruta çevrilə bilər və bunun üçün geniş imkanlar var. Ermənistan da Qara dəniz kabel layihəsinə böyük maraq göstərir.
Qaribaşvili, öz növbəsində, regional əhəmiyyətli layihələr üzərində işləməyin vacibliyini vurğulayıb, Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu söyləyib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.
Bu xətt Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Daha sonra Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini açıqlayıb.
Avropa İttifaqı Şərq Tərəfdaşlığı İnvestisiya Planı vasitəsilə layihəyə 2,3 milyard avro ayıracağına söz verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]