Ermənistan ordusunun hərbçiləri arasında spirtli içkilərə meyillilik adi hal alıb
Bakı, 25 noyabr, AZƏRTAC
Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyillilik artıq adi hal alıb. Bu vəziyyət ordu rəhbərliyi üçün başağrısına çevrilib. Elə bir ay və ya həftə yoxdur ki, içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi və digər cinayət törədən erməni hərbçisi məsuliyyətə cəlb olunmasın.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda növbəti belə insidentin Ararat şəhərində baş verdiyi bildirilir. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verib. Sakinlərin şikayətindən sonra hərbçi polis bölməsinə aparılıb. Onun hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra M.Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]