SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS REJİMİNİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 3-də saat 16.50-dən 17.00-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, iyulun 4-də saat 2.30-dan 3.00-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:45]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 03.05.2024 [15:01]
Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib
- 03.05.2024 [13:09]