ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ XOCAVƏND VƏ TƏRTƏRDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 27-də saat 21.22-dən 21.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 21.20-dən 21.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.