Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb, düşmən itki verib VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycanın Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhəboyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [23:51]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]