Ermənistana məxsus pilotsuz uçan aparatların məhv edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb
İstanbul, 6 iyul, AZƏRTAC
İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus iki ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.
Qardaş ölkənin Anadolu və CİHAN xəbər agentlikləri, həmçinin “Sabah” və “Hürriyyət” kimi nüfuzlu qəzetləri bu barədə türkdilli oxuculara məlumat verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul