Ermənistanda koronavirusla əlaqədar yenidən sərt karantin rejimi tətbiq edilə bilər
Tbilisi, 25 mart, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində bu ölkədə daha 1257 nəfər COVID-19 virusuna yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 187 min 441-ə çatıb.
Ölkədə pandemiya qurbanlarının da sayı daha 14 nəfər artaraq, 3 min 416-ya çatıb.
Hazırda ölkədə 13 min 427 aktiv koronavirus xəstəsi var.
Ermənistan hökuməti koronavirusun daha çox yayılmasının qarşısını almaq məqsədilə sərt karantin rejiminin yenidən tətbiqi barədə düşünür. Yaxın günlərdə ölkədə sərt karantin rejiminin tətbiqi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]