Ermənistanda polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq edib
Tbilisi, 14 iyun, AZƏRTAC
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub.
Hakimiyyətin bu addımına etiraz edən kütlə MTX-nin binası qarşısında aksiya keçirib. Aksiyada Ermənistan parlamentinin deputatları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq edib.
Deputatlar MTX-nın yerləşdiyi Xancyan küçəsindən zorla uzaqlaşdırılıblar. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb. Digər deputat Caanibek Ayrapetyan isə naməlum istiqamətdə aparılıb.
Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması, əslində, siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.
Müxalifət etiraz aksiyasını davam etdirəcəyini bildirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]