Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Assambleyada çətin vəziyyətlə üzləşdiklərini etiraf etmişdir
Kann, 7 iyul (AZƏRTAC). Fransada erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 7 iyul tarixli nömrəsində “Avropa Şurası Parlament Assambleyasında işləmək getdikcə çətinləşir” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın təmsil etdiyi nümayəndə heyətinin qurumdakı fəaliyyətinə dair fikirləri yer almışdır.
AŞPA sessiyalarında Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsində ölkəmizə qara yaxmaq və onun beynəlxalq aləmdəki nüfuzuna kölgə salmaq üçün dəridən-qabıqdan çıxan N.Zöhrabyan Azərbaycan nümayəndə heyətinin fəallığının və əsaslı faktlarla Ermənistanın işğalçılıq siyasətini avropalı deputatlara çatdırmaq istiqamətində apardığı təbliğatın Assambleyada Ermənistan nümayəndə heyətinin işini getdikcə çətinləşdirdiyini bildirmişdir.
Yeddi il ərzində AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü olan N.Zöhrabyan etiraf etməyə məcbur olmuşdur ki, Azərbaycan nümayəndə heyəti Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə və qətnamə layihələrinin qəbul olunmasına hər vəchlə təşəbbüs göstərir. Bu isə özlüyündə erməni nümayəndə heyətinin fəaliyyətinə ciddi problem yaradır. Erməni deputat AŞPA-da təmsil etdiyi nümayəndə heyəti üçün çıxılmaz vəziyyətin yarandığını və işləməyin getdikcə çətinləşdiyini qeyd etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kann
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]