Ermənistanın son hərbi təxribatları Latviya Seyminin deputatları tərəfindən qınanılıb
Riqa, 23 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədikləri son hərbi təxribatlar Latviya Seyminin deputatları tərəfindən qınanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri (15 nəfər) adından Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Latviya parlamentlərarası işçi qrupuna ünvanlanmış açıq məktubda bildirilib. Məktubda Ermənistan tərəfinin ağıq artilleriya atəşi nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verilib. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan hərbi eskalasiya ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Həmçinin Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal edildiyi xüsusi vurğulanıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]