Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur
Bəlkə bu da Azərbaycanın “təqsiridir?”

Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur  Bəlkə bu da Azərbaycanın “təqsiridir?”

Bakı,13 mart, AZƏRTAC

Erməni politoloq Sarqis Artsruni ölkəsinin xarici siyasətində məntiq olmamasını etiraf edib. O, “Первый армянский информационный” saytında dərc edilmiş “Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sərlövhəli analitik məqaləsində bu barədə yazıb.

AZƏRTAC xəbər verir ki, həmin məqalənin yazılmasına səbəb Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri Levan İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2018-ci il üçün hərbi əməkdaşlıq proqramının imzalanması olub. Bununla əlaqədar, S.Artsruninin diqqətini cəlb edən məqam bu olub ki, Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşdə üçtərəfli formatda - Türkiyənin iştirakı ilə əməkdaşlığı da yüksək qiymətləndirib. Müəllif bu baxımdan Azərbaycanın təşəbbüsü ilə formalaşmış Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatlarını ətraflı təsvir edir. Artsruni vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır. “Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir”, - deyən müəllif qeyd edir ki, bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur.

Erməni jurnalist bu etirafı ilə, necə deyərlər, Amerika kəşf etməyib. Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində dəfələrlə aydın şəkildə bəyan edilib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etməyincə bu ölkə bütün regional layihələrdən kənarda qalacaq.

Lakin erməni jurnalisti xüsusilə narahat edən səbəb - yeni, dördtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranmasıdır. O yazır: “Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir”. Erməni analitik gileylənir: “... həqiqətən narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb. Belə düşünmək olar ki, Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur”. Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İran ilə münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır.

Artsruni yazır: “Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakıda isə bundan bacarıqla istifadə edirlər”. Bəli, istifadə edirlər. Özü də Ermənistanın xarici siyasətində strateji baxışın, qlobal yanaşmanın, ümumiyyətlə konstruktiv tərkib hissəsinin olmaması əsla Bakının təqsiri deyil. Ermənistandan fərqli olaraq Azərbaycan öz xarici siyasətini dürüst formalaşdırır, qarşıya konkret məsələlər qoyur və onların həllinə nail olur, beynəlxalq səviyyədə maraq doğuran genişmiqyaslı layihələr və yeni əməkdaşlıq formatları barədə təşəbbüslər irəli sürür. Bu məsələdə Azərbaycan yalnız öz imkanlarına, səmərəli iqtisadiyyatı, tarazlaşdırılmış xarici siyasəti sayəsində yaranmış böyük potensialına güvənir.

Artsruni öz ölkəsinin hökumətinə regiona əməkdaşlığın yeni formatlarının yaradılması barədə düşünməyi tövsiyə edir, onun fikrincə, “belə formatlar Azərbaycanın siyasətinin nəticələrini neytrallaşdırmağa imkan verər”. Xeyri yoxdur. Ermənistan regionda zəif bənddir və həmin ölkədən olan analitiklər bu faktı etiraf etməlidirlər. Əməkdaşlıq isə imkanların bərabər olmasını nəzərdə tutur. Yarımdilənçi vəziyyətdə, iqtisadiyyatı bərbad hala düşmüş, üstəlik başqa dövlətdən vassal asılılığında olan və müəllifin qeyd etdiyi kimi, Rusiyanın “balaca anbarı” sayılan bir ölkə ilə bağlanmağa kimin həvəsi olar? Həm Türkiyənin, həm İranın, həm də Gürcüstanın siyasi elitasında üstünlük təşkil edən praqmatiklər məsələyə sayıqlıqla yanaşır, onlar bilirlər ki, Azərbaycan ilə əməkdaşlıq həmin ölkələrə Ermənistanla müqayisəyəgəlməz dərəcədə artıq fayda gətirir və gətirəcək. Məqalə müəllifinin haqlı olaraq qeyd etdiyi kimi, “Yerevanın qeyri-adekvat siyasəti Ermənistana marağı zəiflədir”, həm də ona görə ki, İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı sayəsində Tehran tezliklə Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Özünü çıxılmaz vəziyyətə salmış Ermənistan isə İrana bu cür imkanlar yarada bilməz. Bu, lap dəqiqdir.

Ermənistanın acınacaqlı vəziyyətə düşməsində təqsirkar özüdür. Qonşu ölkələrin yarısına ərazi iddiaları irəli sürməklə, onlara qarşı təcavüzkar siyasət yürütməklə səmərəli və vicdanlı tərəfdaş reputasiyası qazanmaq mümkün deyil.

Müəllifin öz məqaləsinə başlıq kimi seçdiyi “Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sualına gəlincə, cavabımız belədir: Kiməsə qarşı yox, öz ölkələrinin rifahı naminə. Azərbaycan dəfələrlə bəyan edib ki, o kiminləsə dostluq edirsə, bunu kiməsə qarşı etmir. Azərbaycan dövlətinin rəhbərliyi regional layihələri həyata keçirərkən, başqa ölkələrlə qarşılıqlı-faydalı əməkdaşlığı inkişaf etdirərkən yalnız öz vətəndaşları haqqında, ölkənin gələcəyi haqqında düşünür.

Əsl həqiqət isə budur ki, əgər Ermənistan rəhbərliyi ölkənin və onun vətəndaşlarının rifahı barədə düşünsəydi, təcavüzkar siyasətdən əl çəksəydi, münasibətləri “kiməsə qarşı dostluq etmək”, “kiminsə təsirini neytrallaşdırmaq” prinsipləri əsasında deyil, xeyirxahlıq və konstruktivlik əsasında qursaydı, onda regional əməkdaşlığın müxtəlif formatlarında bu ölkəyə də yer tapılardı. Beləliklə, Artsruni bir məsələdə haqlıdır: Ermənistanın siyasətində heç bir məntiq yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO