“ƏS-SALAM-98” GƏMİSİ ANBARDA YANĞINA GÖRƏ QƏZAYA UĞRAMIŞDIR
O demişdir: “Sərnişinlərə göyərtəyə çıxmaq əmr ediləndə sahildəki işıqlar hələ görünürdü. Matroslar yanğınsöndürmə şlanqlarını vintlərlə bağlamağa başladılar. Lakin yanğının getdikcə güclənməsinə baxmayaraq, kapitan yolu davam etdirməyi qərara aldı. Yanğının söndürülməsi 2,5 saat davam etdi, sonra isə gəmi əyilib batmağa başladı. Hamı özünü dənizə atırdı. Mən də onlara qoşuldum və xilasedici qayığa minmək istədim, amma qayıq çevrildi və mən səhərədək suda qaldım”.
Gəminin məxsus olduğu şirkətin nümayəndələri jurnalistlərə bildirmişlər ki, oktyabrda təhlükəsizlik inspeksiyası onu yoxlamış və sertifikat vermişlər.
Misir Səhiyyə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, hələlik 322 adam, o cümlədən 12 səudiyyəli və bir suriyalı xilas edilmişdir.
Nəqliyyat naziri Məhəmməd Mənsur demişdir ki, gəmi sahilin 92 kilometrliyində batmışdır.
Fevralın 4-də Misir Prezidenti Hüsni Mübarək və Baş nazir Əhməd Nazif Qırmızı dənizə gəlmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]