Əs-Sisi Sunakı müharibənin regiona yayılmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşündə Qəzza bölgəsindəki müharibənin bütün regiona yayılmasının qarşısını almaq üçün hərəkətlərin əlaqələndirilməsinin vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb. Telekanal Misir liderinin sözlərindən sitat gətirib: “Müharibənin regional səviyyəyə keçməsinin qarşısını almaq üçün koordinasiya və əməkdaşlıq lazımdır”.
"Biz hamımız regionda nəzarətdən çıxa biləcək hadisələrin qarşısını almaq üçün tədbirlər görməliyik", - deyə Misir lideri bildirib.
Böyük Britaniyanın Baş naziri öz növbəsində Misir Prezidentinin Fələstin probleminin həlli və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səylərini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]