Əsas kapitala yönəldilən vəsaitin 79,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub
Bakı, 25 mart, AZƏRTAC
2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1824,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, vəsaitin 1446,8 milyon manatı və ya 79,3 faizi məhsul istehsalı obyektlərinin, 270,8 milyon manatı (14,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 107,1 milyon manatı (5,9 faizi) isə ümumi sahəsi 242,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 33,3 faizi dövlət, 66,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 50,8 faizi qədərdir.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1243,3 milyon manat, bank kreditləri 198,8 milyon manat, büdcə vəsaitləri 274,4 milyon manat, büdcədənkənar fondların vəsaitləri 8,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 99,0 milyon manat, digər vəsaitlər isə 1,1 milyon manatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]