MƏDƏNİYYƏT
“Əsrarəngiz Misir nağılları” Azərbaycan dilində
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı çapdan çıxıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab oxucuları sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.
Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır.