Estoniya NATO üzrə müttəfiqlərinin nüvə silahı olan təyyarələrini öz ərazisində qəbul etməyə hazırdır
Bakı, 27 iyun, AZƏRTAC
Estoniya NATO üzrə müttəfiqlərinin nüvə başlıqları daşıya bilən hərbi təyyarələrini öz ərazisində qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu “Postimees” qəzetinə şərhində Baltikyanı respublikanın Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur deyib.
Nazirin sözlərinə görə, taktiki nüvə bombaları daşıya bilən F-35 qırıcıları artıq Estoniyada olub və tezliklə yenidən ölkənin hava məkanını qoruyacaq. "Əgər [bu təyyarələrin] bəziləri, mənşə ölkəsindən asılı olmayaraq, ikili təyinatlı nüvə silahı daşımaq qabiliyyətinə malikdirsə, bu, bizim F-35-in satın alınması ilə bağlı mövqeyimizə təsir göstərmir. Əlbəttə, biz müttəfiqləri qəbul etməyə hazırıq", -deyə o əlavə edib.
İyunun 9-da NATO-nun Baş katibi Mark Rütte Böyük Britaniyada keçirilən konfransda bildirib ki, Alyans ölkələri yaxın 4 il ərzində ABŞ-dan 700 ədəd F-35 təyyarəsi sifariş etmək niyyətindədir. İyunun 24-də Böyük Britaniya 12 yeni F-35A qırıcısı alacağını və NATO-nun nüvə missiyasına qoşulacağını açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]