ESTONİYA XİN RUSİYA İLƏ SƏRHƏD HAQQINDA DANIŞIQLARA YENİDƏN BAŞLANMASINI ZƏRURİ HESAB ETMİR
Xanım Halliste demişdir: “Estoniya Rusiya ilə sərhəd müqavilələrini artıq ratifikasiya etmişdir və bu məsələyə bir daha qayıtmağı lazım bilmir”.
S.Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında demişdir: “Biz Estoniya ilə sərhəd məsələlərinə dair danışıqlara yenidən başlanmasına hazırıq, amma “təmiz vərəqdən başlamaq” və heç bir qeyd-əlaqələndirmə irəli sürməmək şərtilə”.
Xatırladaq ki, keçən il mayın 18-də Moskvada Rusiya və Estoniya XİN-lərinin başçıları quru və dəniz sərhədləri haqqında müqavilələr imzalamışdılar. İyunun sonunda Estoniya parlamenti bu sənədləri təsdiqləmiş, lakin ilkin mətndə nəzərdə tutulan müddəalar sənədə daxil edilməmişdir. Söhbət “Estoniyanın dövlət müstəqilliyi haqqında” Estoniya Respublikası Ali Sovetinin 1991-ci il avqustun 20-də qəbul etdiyi sənədə və parlamentin 1992-ci il 7 oktyabr tarixli bəyannaməsinə istinadlardan gedir. Bundan başqa, müqavilənin mətnində Tartu sülh müqaviləsi də xatırladılır. Müqaviləyə görə, hazırda Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilər Estoniyaya məxsus idi.
Moskva bu sənədlərə istinadları qeyri-məqbul hesab etmiş və öz imzasını müqavilədən götürməyi qərara almışdır.