Estoniyada koronavirusa yoluxanların sayı 1552 nəfərə çatıb
Tallinn, 21 aprel, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 17 nəfər artaraq 1552-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bu günə kimi ölkədə 42 min 213 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1289 nəfərdən götürülən analizlərin 17-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 43 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]