Estoniyalı məmurlara TikTok-dan istifadə qadağan ediləcək
Bakı, 29 mart, AZƏRTAC
Estoniyada məmurlara dövlət tərəfindən verilən xidməti telefonlarda TikTok tətbiqinin istifadəsi qadağan ediləcək.
AZƏRTAC “Eesti Paevaleht” qəzetinə istinadla xəbər verir ki, bu barədə Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Kristyan Yarvan deyib.
“Dövlət informasiya-kommunikasiya texnologiyaları mərkəzinin əmrinə əsasən, bu ay ərzində TikTok tətbiqi mərkəzləşmiş şəkildə idarə olunan telefonlardan silinəcək”, - deyə Kristyan Yarvan bildirib. Onun sözlərinə görə, bu qadağa hələlik TikTok tətbiqinə aiddir və şəxsi telefonlara şamil olunmur.
Bir sıra Qərb dövlətlərində məmurların telefonlarında Çində hazırlanan tətbiqin istifadəsi məhdudlaşdırılır. Buna səbəb kimi məxfi informasiyaların Çin hakimiyyətinin əlinə keçə biləcəyi ehtimalı göstərilir .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]