“Eurasia Review” nəşrində muzdluların Ermənistan tərəfdən Qarabağ müharibəsində iştirakına dair məqalə dərc edilib
Bakı, 10 mart, AZƏRTAC
“Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Roza Əsgərovanın “Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır” sərlövhəli məqaləsi dərc olunub.
BMTM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərdə iştirak edən Fransa vətəndaşları ilə bağlı araşdırmalara başlanılması və prosesin Fransa mətbuatında işıqlandırılmasından bəhs edilir.
Məqalədə muzdluların Qarabağda aparılan əməliyyatlara cəlb olunması ilə bağlı Ermənistanın yerli və xarici mediasında açıq elanların verilməsi, həmin döyüşçülər üçün xüsusi təşkilatlar tərəfindən hərbi təlimlərin keçirilməsi də əksini tapıb. Müəllif Ermənistanın bu addımları ilə beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu vurğulayır və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun nümayəndələrinin yaşadıqları ölkələrin qanunlarını pozaraq Ermənistan tərəfdən döyüşlərə qatılmağa çağıran elanlar yaymasına dair faktlar göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]
XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]