Əvvəllər məhkum olunmuş şəxsdən tapança götürülüb
Bakı, 24 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və yeddi patron götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.
Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.