ƏZİZ ƏLİYEVİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Səhiyyə nazirlikləri “Əziz Əliyevin şərəfli həyat yolu gənclərimizə örnəkdir” mövzusunda birgə elmi-praktik konfrans keçirmişlər.
Konfrans iştirakçıları Əziz Əliyevin adını daşıyan muxtar respublika uşaq xəstəxanasındakı xatirə guşəsinə baxmışlar.
Naxçıvan Muxtar Respublikası doğum mərkəzinin akt zalında davam etdirilən konfransda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Həsən Əliyev görkəmli elm xadimi Əziz Əliyevin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışmışdır.
Tədbirdə “Əziz Əliyevin ömür salnaməsi və xatirələr”, “Əziz Əliyev görkəmli səhiyyə təşkilatçısı kimi”, “Əziz Əliyevin şərəfli ömür yolu gənclərimizə örnəkdir” mövzularında məruzələr də dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]