İDMAN
“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub YENİLƏNİB VİDEO
![](/files/galleryphoto/2023/2/1200x630/w_161686489995351444051_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616864899954875026366_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_161686489995253839175_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616864899955931231853_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616864899953642014671_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_161686489996689428455_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616864899963722558009_1200x630.jpg)
Şuşa, 11 iyun, Leyla Muradzadə, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.
Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileanu, üçüncü yeri isə Ansolinin komanda yoldaşı Martin Nessler tutublar.
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında italiyalı Emmanuel Ansaloni sarı və yaşıl köynəyi özündə saxlamağı bacarıb. Yenidən veloturun ən yaxşı dağ velosipedçisi Azərbaycan millisinin üzvü Samir Cəbrayılov, ən yaxşı gənc idmançı isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi olub.
Azərbaycan milli komandası (55:28:29) isə yarış cədvəlinin 9-cu pilləsində yer alıb.
Yarış bitdikdən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Qaliblərə mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, daxili işlər nazirinin müavini İsmət Əliyev və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İlqar Nəzərov təqdim ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən yarışa təyin olunmuş hakimlər velotur zamanı təhlükəsizlik işlərindən çox razı qalıb, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.