“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Şəki, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa yazı müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, “Şuşa İli” çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirməkdir.
Ümumilikdə, 250 şagirdin iştirak etdiyi müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.