Azərbaycan Dövlət İnformasiya Agentliyi

Faiq Hüsiyev: Jurnalistikada indiki dövrün devizi çeviklik və uyğunlaşmaq bacarığıdır – MÜSAHİBƏ

Bakı, 29 yanvar, AZƏRTAC

Əməkdar jurnalist, Azərbaycan Televiziyasının Analitik şöbəsinin rəisi Faiq Hüsiyev AZƏRTAC-a müsahibə verib. O, jurnalistikanın bugünkü inkişafından, tələblərdən, cəmiyyətə təsirindən, mediada dilin saflığının qorumasının vacibliyindən və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Faiq müəllim, əvvəlcə Azərbaycanda medianın, o cümlədən televiziya və radionun, bütövlükdə jurnalistikanın bugünkü çağırışlar baxımından inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Ömrünün 33 ilini Azərbaycan Televiziyası ilə bağlayan bir insan kimi deyə bilərəm ki, televiziya çox unikal bir sahədir. Təbii ki, burada çalışanlar medianın digər sahələrindəki həmkarlarımızdan fərqlənirlər. Ola bilər, bu bir qədər konservativ yanaşma olsun və ümid edirəm ki, digər sahədə olan jurnalistlər bu sözümə görə məndən inciməzlər. Çünki televiziya ən kütləvi informasiya vasitəsidir. Odur ki, burada çalışan jurnalistlərimiz nümunəvi və savadlı olmalıdırlar.

Mən həmişə Azərbaycan Televiziyasını yüksək əyarlı peşəkar telekanal adlandırmışam. Bildiyiniz kimi, milli teleradionun müasir tarixi öz ənənələrinə sıx bağlıdır. Mənəvi dəyərlərə sədaqət, milli özünüdərk və azərbaycançılıq ruhu ana televiziyamızın verilişlərində hiss edilir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Televiziyasını xalqımızın milli sərvəti adlandırmışdı. Bu qiymət hər bir əməkdaşımız üçün böyük məsuliyyətdir. Efirimizi daimi izləyənlər müasir tələblərə cavab verən xeyli yeni verilişin ərsəyə gəldiyinin şahididirlər. Müasir trendlərə meyil, zamanla ayaqlaşma önəmli əhəmiyyət kəsb etsə də, məncə millilik hər bir yanaşmanın fövqündə durmalıdır. Hər gün dəyişən dünyamız, informasiyanın ildırım sürəti ilə məkanda yayılması teleradionun işinə mütəmadi şəkildə təsir etsə də, müəyyən məqamlarda statik olmaq, ümummilli maraqlar və dövlətçilik ideologiyasının qorunması baxımından bəzən subyektiv yanaşma nümayiş etdirmək çox önəmlidir. Mən bütün verilişlərdə “mühafizəkar” yanaşmanın tərəfdarı deyiləm. Çünki hər bir müasir telekanal dinamika – “drayv” tələbi ilə yaşayır. Odur ki, orta xətti tapmaq mütləqdir. O ki qaldı, gənc jurnalistlərə, onlar gördüklərini, hiss etdiklərini yazmalıdırlar. Yalansız, mübaliğəsiz yazmalıdırlar. Yazdıqlarına duyğularını, emosional hisslərini qoymalıdırlar.

- Dünyada bütün sahələrdə olduğu kimi, jurnalistikada da tələblər dəyişir, sosial şəbəkələr və süni intellekt mediaya təsirsiz ötüşmür. Bu prosesin Azərbaycan mediasına mümkün təsirləri barədə nə deyə bilərsiniz?

- Fikir verirsinizsə, bədii zövqün, ictimai dəyərlərin və informasiya mühitinin formalaşdırılmasında ənənəvi medianın əvvəlki rolu azalıb. İndi insanlar sosial şəbəkə tərbiyəsinin daşıyıcılarına çevriliblər. Yəqin ki, dördüncü sənaye inqilabının uşaqları bu cür tərbiyənin daşıyıcıları olmalı idilər və oldular. Baxın, əvvəllər ayıb sayılan hər hansı bir hərəkət və ya yaşam tərzi indi həyat normasına çevrilib. Klassik dəyərlərin daşıyıcıları üçün bu cür münasibətlər sistemində yaşamaq çətindir. İndiki dövrün devizi çeviklik və uyğunlaşmaq bacarığıdır. Amma gərək öz sifətini də itirməyəsən. Bizim yaxşı jurnalistlərimiz çoxdur. Novatorları da var. Cəmiyyətə, yeri gələndə, hər bir fərdə gərəkli olmaq lazımdır. Hər birimizin əmək fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti insanlara verə biləcəyimiz xeyirlə ölçülür. Təəssüf ki, indi ümumilikdə medianın təsir qüvvəsi azalıb. Digər tərəfdən də nə qədər yeni meyillər olsa da, peşəkar müxbirə, videooperatora, rejissora, videomontajçıya, qrafistə və qrafist-animatora televiziya bazarında böyük tələbat var və olacaq. Əslində, televiziya məsuliyyətə söykənən bir ünsiyyət prosesidir. Əgər bir insanda fərdi məsuliyyət yoxdursa, o, heç bir sahədə yaxşı mütəxəssis ola bilməz.

- Dediniz ki, medianın təsir qüvvəsi azalıb. Bu təkcə bizdə belədir, yoxsa planetar miqyas daşıyır? Bəs, necə etmək olar ki, medianın təsir qüvvəsi bərpa olunsun?

- Əvvəla unutmayaq ki, bizim media tamam başqa reallıqlar sistemində, mühitində yaşayır. Bu baxımdan hər ölkənin öz reallıqları var. Medianın təsir qüvvəsinin bərpası kompleks yanaşma tələb edən böyük bir məsələdir. Mən bununla bağlı öz təkliflərimi dəfələrlə səsləndirmişəm. Maliyyə müstəqilliyindən tutmuş, yeni təfəkkürlü rəhbərlik mexanizmlərinə qədər kompleks yanaşma lazımdır. Baxın, inkişaf etmiş dövlətlərdə Ümumi Daxili Məhsulun 2-3 faizi reklama yönəldilir ki, medianın fəaliyyəti dəstəklənsin. Azərbaycanın 2025-ci il üçün Ümumi Daxili Məhsulu 129 milyard manatdan çox olub. Bu məntiqlə, hələ 1 faizdən hesablasaq, bizim ümumi reklam bazarımız heç olmasa, ən azından 1 milyard 290 milyon manat olmalı idi. Amma bizim reklam bazarında o qədər maliyyə vəsaiti dövr etmir axı. Ümumi Daxili Məhsulun heç 0,1 faizi də reklam bazarında yoxdur.

- Bəs, media subyektinə rəhbərlik edən şəxsdə hansı bacarığı daha üstün sayırsınız?

- İntuitiv şəkildə düzgün qərar vermək bacarığı. Bəzən qərarı verəndə ağılla yanaşı, daxili intuisiya ilə də məsləhətləşmək lazımdır. Sadəcə, rəhbər şəxs olmaq lazım deyil, lider olmaq lazımdır. Ancaq əsl liderlər güclü intuisiyaya – duyum hissinə malik olurlar. Bir də ki, peşə uğurları səndən asılı olan şəxslər üçün münbit şərait yaratmaq və ədalətli olmaq lazımdır. Məqamı gələndə kollektivlə məsləhətləşmək də məqsədəuyğundur. Çünki kollegial şəkildə qərarlar qəbul edildikdə, məsuliyyət hissi bərabər paylanmış olur. 

- Faiq müəllim, dünya səviyyəsində tanınmış media subyektləri və jurnalistlər var. Sizcə, ölkəmizdə də belə media subyektlərinin və nümayəndələrinin formalaşması üçün daha nə etməliyik?

- Media sahəsində sağlam rəqabət və düzgün qanunvericilik bazası hər şeyi tənzimləyir. Medianın maliyyələşməsi mexanizmləri yenidən işlənməli, nisbi reytinqlərdən asılılıq prinsipi aradan qalxmalıdır. Elə olur ki, bizim milli-mənəvi dəyərlərimizi baltalayan verilişlərə ən böyük reytinqlər verilir... Sonra da düşünürük ki, cəmiyyətimizdə xoşagəlməz hallar haradandır?... Başqa bir məqam, jurnalistikada və ümumiyyətlə, televiziyada yaş məhdudiyyəti çox önəmlidir. Televiziya gənc və çevik insanları çox sevir. Yəni bu sahədə olan insan daim öyrənməli və öz üzərində işləməyi bacarmalıdır. Təbii ki, yaşlı və təcrübəli insanlara da böyük ehtiyac var və onlar teleradioda uğurla çalışırlar. Amma televiziya həm də fiziki cəhətdən daha sağlam, cavan orqanizm və yeni bir beyin tələb edir.

- Bir qədər də jurnalistika və dövlətçilik prinsipi haqqında danışmağınızı istərdik. Bu baxımdan media subyektlərinin üzərinə hansı vəzifələr düşür?

- Mən həmişə demişəm, televiziya cəmiyyətlə iqtidar arasında bir bufer rolunu oynayır. Bu çox önəmli məsələdir. Televiziya həm iqtidarın, həm də cəmiyyətin bir güzgüsüdür. Cəmiyyətin ənənəvi güvənc yeri olan media bufer rolunu itirirsə, fikir müxtəlifliyi yeknəsək – monoton çalar alırsa, demokratik cəmiyyətin əsas sütunu sayılan söz azadlığı maddiyyat buxovlarında sıxılırsa, bu xoşagəlməzdir. Amma kimliyindən asılı olmayaraq, heç bir halda jurnalist sensasiya xatirinə dövlət maraqlarını zərbə altında qoymamalıdır. İlk növbədə şüurlu və sadiq vətəndaş olmaq lazımdır. Hər bir jurnalist həm də şəxsiyyət olmağı bacarmalıdır. Bu gün mətbuatımızda senzuranın olmaması çox gözəldir və biz bundan maksimum istifadə etməyi bacarmalıyıq. Amma senzor, eyni zamanda, hər bir jurnalistin içində olmalıdır və o, öz içində müəyyən etməlidir ki, nəyi efirə vermək olar və nəyi olmaz. Jurnalist nəzərə almalıdır ki, hazırlayacağı materialı görənlər, eşidənlər, oxuyanlar arasında onun ailə üzvləri və övladları da var. Həm oxucu, həm tamaşaçı, həm də ailəsi qarşısında məsuliyyət hissi duymalıdır. Jurnalist cəmiyyətdə tərbiyələndirici bir insan olmalıdır. Bir sözlə, kommunikasiya mühitini formalaşdıran insan hərtərəfli, peşəkar olmalıdır.

Ümumiyyətlə, əvvəllər televiziya jurnalistikasında bir varislik halqası var idi. Mən çox təəssüf edirəm ki, bu gün həmin halqa qırılıb. Əslində varislik halqasının qırılması ciddi problemlərə yol açır. Bəzi telekanallarda çox ucuz məzmunlu, ancaq reytinqə hesablanmış verilişlər ortaya çıxır. Düşünürəm ki, bu tipli verilişlər ciddi təhlükə mənbəyidir. Auditoriyanın zövqünü bu cür korlamaq olmaz. Jurnalistikanın əsas özülləri – məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir. Bu gün elə telekanallarımız var ki, onların efir siyasətinin əsasında ancaq əyləndirmək dayanır. Təbii ki, tamaşaçı ekran qarşısında əylənməlidir. Amma bu o demək deyil ki, tamaşaçı ancaq əylənərək vaxt itirməlidir. Əyləncə yalnız mahnı oxumaq və gülməkdən ibarət deyil. Əyləncə, eyni zamanda, maraqlı, bədii zövqü formalaşdıra biləcək tamaşa və yaxud filmi izləməkdir.

Amerika televiziyaçıları “infoteyment” deyilən bir termini ortaya qoyublar. Bu yanaşmada informasiyanın özünü də əyləncəli şəkildə çatdırırlar. Əgər sən auditoriyanı öz qarşında saxlayırsansa, ona mütləq şəkildə nə isə öyrətməlisən. Təbii ki, yaxşı bir şey, şəxsiyyətə və cəmiyyətə yararlı bir şey öyrətmək lazımdır.

- Yeri gəlmişkən, medianın, o cümlədən televiziyaların ictimaiyyətə təsirləri barədə nə deyə bilərsiniz?

- Şübhəsiz ki, televiziya ilk növbədə çox güclü ideoloji alətdir. Bu gün hər kəs öz görmə bucağından hadisələrə qiymət verməklə məşğuldur. Amma televiziya maksimum obyektiv olmalıdır. Əgər ümumilikdə mətbuatdakı bu tendensiyaya baxsaq – jurnalistlər təbliğatçıya və təşviqatçıya çevrilirsə, bu sadəcə mövcud reallıqlardan irəli gələn biznes marağından və ya korporativ maraqdan başqa bir şey deyil. İctimai fikrə təsir edən, auditoriyanı riqqətə gətirən hər hansı bir jurnalist araşdırması və ya publisist yazısına və yaxud televiziya verilişinə hərdən rast gəlmək olur. Amma bu azdır. Problem jurnalistlərin xidməti personala çevrilməsidir. Nəticədə peşəyə hörmət indeksi aşağı düşür, bəzi hallarda peşə məsuliyyəti anlayışı itir. Ən böyük problem isə, məncə, qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Dəyərlərin təhrif olunması, elementar etik normaların yoxluğu da bir problem kimi ortalıqdadır... Jurnalist adı altında jurnalist rolunu ifa edənlərin - şoumenlərin, müğənnilərin, nə bilim daha kimlərin bizim jurnalistikaya nə aidiyyəti var? Sanki sifarişlə hərəkət edən bu ordunun məqsədyönlü şəkildə bir məcraya yönəlməsi ölkəmiqyaslı auditoriyanı əsaslı şəkildə bayağı zövqə və primitiv düşüncəyə kökləyir. Təəssüflər olsun ki, nəticədə auditoriya tərəfindən əksər jurnalistlər eyni arşınla ölçülürlər...

- Faiq müəllim, son vaxtlar daha çox müzakirə olunan məsələlərdən və medianın qarşısında qoyulan əsas vəzifələrdən biri də Azərbaycan dilinin saflığının qorunması ilə bağlıdır. Sizin bu məsələ ilə bağlı fikrinizi bilmək istərdik.

- Milli mətbuatımız yarandığı gündən xalqımızın milli təfəkkürünü formalaşdıran ziyalılarımızla zəngin olub. Onların adları Azərbaycan tarixinin ən şərəfli səhifələrini bəzəyir. Jurnalistika ilə zaman-zaman məşğul olanlar bizim gələcəyimizin inkişaf konturlarını cızıblar, bizim üçün ilk demokratik dövlət qurublar, ədəbi dil normalarını yaradıblar...

Mən bunu əvvəllər də çox demişəm, Azərbaycan dilinin ədəbi normalarına təcavüz edənləri efirdən uzaqlaşdırmaq lazımdır. Dil canlı orqanizm kimidir. O daim inkişaf edir. Amma onu düzgün məcraya yönəltmək lazımdır.

Bu gün əksər tok-şoular dedi-qodu, qeybət xarakteri daşıyır. Ancaq və ancaq reytinqlərə hesablanmış belə verilişlər məncə təhlükə mənbəyidir... Mən belə hesab edirəm ki, bütün bunların fonunda Azərbaycan Televiziyası ən azından mübarək bir missiyanın öhdəsindən layiqincə gəlir – Bizim milli ruhumuzu, ana dilimizi və milli dəyərlərimizi qoruyur!

Mənə görə, müasir televiziya savada əsaslanan bilik və bacarıqların dinamik tərzdə reallaşmasıdır. Televiziya sahəsində qazanılan biliyin tətbiqi yoxdursa, onun nə mənası var? Əgər jurnalistin hazırladığı materiallarda onun intellekti öz əksini tapmırsa, bu, ən azından onun qabiliyyətsizliyidir. Yaxud savadsız rejissor nəyə quruluş verə bilər? Videokameranın texniki parametrlərini bilməyən operator hansı keyfiyyətdə çəkiliş edə bilər? Televiziyalarda bazar mühiti təəssüf ki, peşə indeksini aşağı salıb. Əslində, əksinə olmalı idi – rəqabət daha intellektual yanaşmanı ortaya qoymalı idi. Təbii ki, bu, geniş müzakirə mövzusudur...

- Sonda media nümayəndələrinə müasir tələblərə uyğunlaşma və digər məsələlərlə bağlı nə tövsiyə edərdiniz?

- Deyərdim ki, bugünkü mediada trendlər informasiya yükünün bolluğundan irəli gəlir. Bəzi gənclər informasiya yükünü mənimsəyir, lakin intellektual yükü mənimsəyə bilmirlər. Odur ki, onlar dünyagörüşlərini formalaşdırmaq üçün kifayət qədər çox oxumalıdırlar.

İnsan peşəkar ola da bilər, olmaya da bilər, amma əsas odur ki, Vətəni sevəsən. Eyni zamanda, gənclərimizə ədalətli olmağı arzu edirəm. İlk növbədə, insan öz vicdanına, daha sonra isə cəmiyyətə qarşı ədalətli olmağa çalışmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir VİDEO

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın