Azərbaycan Dövlət İnformasiya Agentliyi

Faiq İsmayılov: Avropa Parlamenti Azərbaycana qarşı qərəzli siyasət yeridir

Bakı, 12 mart, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Məhz ermənilər tərəfindən bu müddət ərzində Qarabağda və ona bitişik ətraf ərazilərdə Azərbaycan xalqının mədəni irsinə qarşı mədəniyyətin soyqırımı həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnaməni şərh edən “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O qeyd edib ki, son 30 ildə Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz mindən çox daşınan mədəni irs nümunələri qənimət kimi Ermənistana aparılaraq mənimsənilmiş, 747 arxeoloji abidə, 64 monumental qurğu və 1814 memarlıq abidəsi işğal dövrü ermənilərin mədəni irs nümunələri kimi təbliğ edilmiş, o cümlədən 800-dən çox tarixi əhəmiyyətli qəbiristanlıq dağıdılmış, 200 monumental qurğu və heykəltaraşlıq nümunələri məhv edilmiş, xristianlıq dövrünə qədər olan 150 memarlıq nümunələri sovmələr, bazilikalar, inzibati binalar dağıdılmış, 68 məscid tamamilə, 4 məscid qismən dağıdılaraq yararsız hala salınmış, 182 inanc yeri, pir və ziyarətgah tamamilə məhv edilmiş, 346 yaşayış evi, saraylar dağıdılaraq yararsız hala salınmış, alban dövrünə aid 250 memarlıq abidəsi üzərindəki yazılar, bədii daş nümunələri, xaç daşları üzərindəki ornamentlər dəyişdirilərək saxtalaşdırılmış, 50 məbəd və bazilika öz orijinal görkəmindən məhrum edilərək erməniləşdirilib.

Faiq İsmayılov qeyd edib ki, proseslərin getdiyi dövrdə tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara işğal altındakı ərazilərdəki mədəni-irs nümunələrinə baxış keçirilməsi xahiş olunsa da, Azərbaycana qarşı olan ikili standartlar bu ərazilərdə monitorinq keçirilməsinə mane olub.

Azərbaycan ərazilərində erməni mədəni irs nümunələrinin olduğunu iddia etmək, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı növbəti yalan, iftira, böhtan və riyakarlıqdır. Avropa parlamentariləri 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra rus çarı Nikolayın sərəncamı ilə Cənubi Qafqazda alban xalqının mədəni irsinin ermənilərə həvalə edildiyini ola bilsin ki, unudublar. Məhz bu sərəncamdan sonra ermənilər Azərbaycan torpaqlarında alban mədəni dəyərlərini erməniləşdirməyə başladılar. Əgər parlamentarilər bu hadisəni unutmasaydılar, alban xalqının mədəni irsinin ermənilərə məxsusluğunu iddia etməklə böyük səhvə yol verməzdilər.

“İndiki Ermənistan adlandırılan ərazilərdən 20-ci yüzilliyin əvvəllərindən kütləvi deportasiyalar nəticəsində 500 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirilib, bunun da nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub.

Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Bu etnik təmizləmə nəticəsində azərbaycanlıların əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən mənimsənilib, - deyə F.İsmayılov vurğulayıb.

O bildirib ki, indiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılaraq yox edilib.

“Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərində 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bizə şahidlik edir. Sanki bu ərazidə cəhənnəmlə cənnətin mübarizəsi gedib. Bu kəndlərdə ermənilər tərəfindən 900-dən çox tarix və mədəniyyət abidəsi, yaşayış evləri, məscidlər, alban dövrünə aid bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at və qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Ərazi Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənərək vandalizmə yol verilmişdir. Bütün bunlardan sonra əminliklə demək olar ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli siyasət yeridir”, - deyə “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib