Faiq Quliyev: Xarici ölkələrdə azərbaycanlıların Ordumuza, dövlətimizə dəstək yürüşləri tamamilə dinc aksiyalardır
Bakı, 23 iyul, Şahin Hüseynzadə, AZƏRTAC
Xarici ölkələrdə azərbaycanlıların Ordumuza, dövlətimizə dəstək yürüşləri tamamilə dinc aksiyalardır. Lakin onlara qarşı ermənilər fiziki güc tətbiq edirlər. Bütün bu kimi tədbirlərə soydaşlarımız öz ailələri ilə qatılırlar. Azərbaycan dövləti bu insanların yanındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.
Sədr müavini deyib ki, bütün işlər koordinasiyalı şəklində aparılır. Diaspor təşkilatları ilə gecə-gündüz təmasdayıq. Los-Ancelesdə aksiyada 50 nəfər iştirak edib. Los-Ancelesdə 3 min erməni radikalın qarşısını almaq üçün çox az polis gəlib. Aksiyalarda xəsarət alanların tibbi xərcləri dövlət tərəfindən ödəniləcək. Erməni vəhşiliklərinə lazımi reaksiya verilib və veriləcək.
O, həmçinin bildirib ki, xarici ölkələrdəki soydaşlarımız dinc aksiyaları davam etdirmək istəyirlər. Onlar, eyni zamanda, məsələ ilə bağlı mətbuat konfransları da keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]