“Faksay” tufanı Yaponiyanın şərqində 500-dən çox məktəbə zərər vurub
Tokio, 18 sentyabr, AZƏRTAC
Sentyabrın əvvəllərində Yaponiyaya çatan “Faksay” tufanı Tokionun qonşuluğunda yerləşən Çiba prefekturasında 500-dən çox məktəbə zərər vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 18-də Kyodo agentliyi məlumat yayıb.
Bildirilir ki, prefekturada ümumilikdə 548 məktəb müxtəlif dərəcəli zərər çəkib. Bu məktəblərin bir çoxunun təmirinə altı ay vaxt lazımdır.
“Tokyo Electric Power Co.” şirkətinin məlumatına əsasən həmin gün səhərə olan məlumata görə, Çiba prefekturasında hələ də 49 min ev elektrik enerjisiz qalıb. Şirkət elektrik enerjisinin verilişinin yaxın iki həftə ərzində bərpa olunacağını bildirib.
Xatırladaq ki, “Faksay” tufanı cari ildə Sakit okeanda yaranan sayca 15-ci tufandır. Təbii fəlakət nəticəsində üç nəfər həlak olub, 60 nəfər xəsarət alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]